Firuz Böyükağa oğlu Şirinzadə — general-leytenant, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işləri üzrə müavini (2020–2023).
Firuz Şirinzadə | |
---|---|
2020 – 22 iyun 2023 | |
Rəis | Elçin Quliyev |
Hərbi xidmət | |
Mənsubiyyəti | Dövlət Sərhəd Xidməti |
Rütbəsi |
General-leytenant |
|
|
Təltifləri |
Azərbaycan Respublikası Prezidentinin 15 avqust 2006-cı il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edilib.[1]
Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Vətən uğrunda" medalı ilə təltif edilib.[2]
Firuz Şirinzadə 2010-cu ildə Dövlət Sərhəd Xidmətinin Baş Əməliyyat-Axtarış İdarərə rəisinin müavini — Kəşfiyyat İdarəsinin rəisi olub.
Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2010-cu il tarixli Sərəncamı ilə Firuz Şirinzadəyə general-mayor ali hərbi rütbəsi verilib.[3]
Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2011-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "İgidliyə görə" medalı ilə təltif edilib.[4]
Azərbaycan Respublikası Prezidentinin 14 avqust 2012-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[5]
Azərbaycan Respublikası Prezidentinin 16 avqust 2016-cı il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[6]
Firuz Şirinzadə 2020-ci ildə Dövlət Sərhəd Xidməti rəisinin əməliyyat-axtarış işləri üzrə müavini vəzifəsinə təyin edilib.
Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadəyə general-leytenant ali hərbi rütbəsi verilib.[7]
Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Firuz Şirinzadə 1-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.[8]
Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2023-cü il tarixli Sərəncamı ilə Firuz Şirinzadə "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.[9]