Fistinanın binası (Taqanroq)

Fistinanın binasıRostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 65 ünvanında yerləşir. Bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina 1992-ci il 18 noyabr tarixli qərarla regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.

Fistinanın binası
rus. Дом Фистиной
Xəritə
47°12′36″ şm. e. 38°56′26″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Taqanroq

İki mərtəbəli bina Rostov vilayəti Taqanroq şəhəri Qreçeskaya küçəsi, ev 65 ünvanında yerləşir. Bina XIX əsrin ikinci yarısında inşa edilmişdir. İlk əvvəllər bina tacir Anna Fustinaya məxsus olmuşdur. Onun ölümündən sonra onun vərəsələrinə verilmuşdir. XIX əsrin 70-ci illərində bina qərargah kapitanı S. Pekuneviçin həyat yoldaşına, sonradan isə Vasili Tıçininə məxsus olmuşdur. 1890-cı illərin sonlarında bina Petr Yevqrafoviçin həyat yoldaşına keçmişdir. Lyudmila Nikolayevna Lukina ilə toy 27 yanvar 1891-ci ildə baş tutmuşdur. Altı oktyabr tarixində onların Nikolay adında bir oğulları dünyaya gəlmişdir. Sonradan onların iki oğlu dünyaya gəlir:Qeorqi və Valentin (1899). Valentin Türkistan hərbi dairəsində xidmıt edirdi. Petr Yevqrafoviç Tomsk jandarma idarəsində işləyirdi. 1910-cu ildə isə o, təqayütə çıxmışdır.

1910-cu ildə Antonina Dominianova binanı Lukinlərdən satın almışdır. 1910-cu illərdə binada Taqanroqda fəaliyyət göstərən xeyriyyə cəmiyyətinin üzvü Qerman Emmanuiloviç Şteynfinkel yaşamışdır.

Vətəndaş müharibəsi zamanı bina Brul Qrepper tərəfindən satın alınır.

Arxitektur xüsusiyyəti

[redaktə | mənbəni redaktə et]

Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 65 ünvanında yerləşən binanın fasadında beş pəncərə vardır. Pəncərələri düzbucaqlı formaya malikdir. Kənarları qəsr daşları ilə işlənmişdir. Əsas girişin üzərində metal talvar vardır. Mərtəbələr arasında karniz vardır[1].

Bina 1992-ci il 18 noyabr tarixli 301 saylı qərarla regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.

Гаврюшкин О. П. По старой Греческой... (Хроника обывательской жизни). — Таганрог: Лукоморье, 2003. — 514 с. — ISBN 5-901565-15-0.

  1. Глазычев В. Л. Архитектура. Энциклопедия. — М.: Дизайн. Информация. Картография; Астрель; АСТ, 2002. — 672 с. — ISBN 5-17-005418-1.