Fitomonadlar dəstəsi (lat. Phyto – monadida ) — Qamçılılar sinfinə aid olan dəstə.
Fitomonadlar dəstəsi | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Fitomonadlar dəstəsi |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
Phyto – monadida | ||||||||||
|
Fitomonadlar iki qamçılı yaşıl qamçılılardır. Onlar autotrof orqanizmlərdir. Böyük əksəriyyəti volvokskimilər fəsiləsində (Volvocidae) birləşərək koloniya şəklində rast gəlinir. Koloniya lövhəşəkilli, şarşəkilli formada ola bilər. Bu fəsilənin ayrı-ayrı koloniyalarında ölçüsü və fərdlərinin sayı müxtəlif olur. Ən sadə quruluşlu koloniya yastı lövhəşəkilli qonium koloniyasıdır. Bu koloniyada fərdlərin sayı 4–16 ədəd olub, tamamilə eyni fərdlərdən ibarətdir və bütün hüceyrələr bir cərgədə düzülərək lövhə şəklindədir. Hər bir fərd koloniyadan ayrılaraq bölünmə vasitəsilə qeyri-cinsi yolla coxalıb yeni koloniya əmələ gətirə bilir. Digər koloniya pandorina koloniyasıdır ki, burada fərdlərin sayı 16–32 ədəddir. Pandorina kaloniyası kürə şəklindədir, hüceyrələr kürənin səthinə düzülür. Koloniyanın bütün hüceyrələri cinsi hüceyrələr törətməkdə iştirak edirlər. Lakin mikroqametlər bir koloniyada , makroqametlər isə digər koloniyalarda əmələ gəlir. Odur ki, koloniyalar erkək və dişi koloniyalara bölünürlər . Fərdlərin sayına görə üçüncü yerdə evdorina koloniyası durur ki, bu koloniyada 32–64 ədəd hüceyrə yerləşir. Pleodorma koloniyası nisbətən mürəkkəb koloniya olub, 128 hüceyrədən ibarətdir. Bu koloniyanın ayrı-ayrı fərdlər arasında müxtəliflik müşahidə edilir, yeni koloniyanı iki cür hüceyrə təşkil edir. Bir qisim hüceyrələr kiçik olub, stiqmaya malikdir. Bunlara vegetativ hüceyrələr deyilir. Digər qismi nisbətən iri hüceyrələr olub, generativ hüceyrələr adlanırlar . Generativ hüceyrələr cinsi çoxalmada iştirak edirlər, makro və mikroqametlər əmələ gətirirlər. Daha mürəkkəb koloniya volvoks cinsinə mənsub olan koloniyadır. Bu koloniya şarşəkilli formadadır. Volvox aureus koloniyasının diametri 500–800 mikron, fərdlərinin sayı 500–1000 ədəddir. Volvox globator növünün koloniyasının diametri 2mm, koloniyadakı hüceyrələrinin sayı 20000 — ə qədərdir. Koloniyanın əsas kütləsini həlməşik şəkilli maddə təşkil edir ki, onun da xarici səthi daxili səthinə nisbətən möhkəm təbəqə ilə örtülmüşdür. Volvoks koloniyasının fərdlərini heç də tam sərbəst olmayıb, bir-birilə nazik sitoplazmatik çıxıntılarla birləşirlər. Diferansasiya volvoks koloniyasında daha qabarıq şəkildə özünü göstərir. Volvoks koloniyasında daha qabarıq şəkildə özünü göstərir. Volvoks koloniyasında 20000-ə qədər fərdlərdən ancaq 25–30 hüceyrə makroqameta, 5–10 hüceyrə isə mikroqametə çevrilə bilər. Volvoks koloniyasının cinsi çoxalma prosesi yuxarıda qeyd edilmişdir.[1]
B. İ. Ağayev, Z. A. Zeynalova. Onurğasızlar zoologiyası. Bakı , "Təhsil" 2008 , 568 səh