Fiziki-kimyəvi analiz üsulları

Fiziki və fiziki kimyəvi analiz üsulları

Elmin bir-birinə yaxın sahələri arasında kəskin sərhəd qoymaq olmur, eyni zamanda hər sahənin özünə məxsus səciyyəvi xüsusiyyətləri olur. Bu mənada kimyəvi, fiziki- kimyəvi və fiziki (instrumental) analiz üsulları arasında kəskin sərhəd qoymaq olmaz.

Fiziki (instrumental) analiz üsulu[redaktə | mənbəni redaktə et]

Bu zaman kimyəvi reaksiya getmir, yaxud gedən reaksiya nəzərə alınmır. Məsələn, rəngli maddə məhlulunun müəyyən dalğa uzunluğu olan şüanı udmaq dərəcəsinə görə qatılığını təyin etmək olar. Belə üsul spektrofotometriya adlanır.

Konduktometriya[redaktə | mənbəni redaktə et]

Asetat turşusu məhlulunun elektriki keçirmək qabiliyyətini ölçməklə onun qatılığını hesablamaq olar. Belə üsul konduktometriya adlanır. Göstərilən hər iki üsulda heç bir kimyəvi reaksiya aparılmadı, lakin müəyyən cihaz vasitəsilə məhlulun qatılığı təyin edildi. Ona görə də bu üsullar fiziki üsullu analiz adlanır. Lakin asetat turşusu ilə natrium xlorid bir yerdə olsa idi, məhlulda turşunun qatılığını onun elektriki keçirmək qabiliyyətini ölçməklə-konduktometriya üsulu ilə təyin etmək olmazdı. Belə olduqda tədqiq olunan məhlulu qələvi ilə titrləyirlər və məhlulun elektriki keçirmə qabiliyyətinin dəyişməsini titrləməyə sərf olan qələvinin funksiyası kimi yazırlar. Burada titrləmə zamanı məhlulun elektriki keçirmə qabiliyyətinin dəyişməsinə görə reaksiyaya sərf olunan qələvinin ekvivalent miqdarını müəyyən edib turşunun qatılığını hesablayırlar. Beləliklə, bu üsul kimyəvi reaksiyaya əsaslanır, ona görə də konduktometrik titrləmə adlanır və fiziki- kimyəvi analiz üsuluna aid olur.

Fiziki-kimyəvi analiz üsulu[redaktə | mənbəni redaktə et]

Deyilənlərdən anlaşılır ki, kimyəvi reaksiyaya əsaslanaraq məhlulun optiki, elektrik və başqa xassələrini cihazlar vasitəsilə ölçülməsinə əsaslanan analiz üsullarına fiziki-kimyəvi analiz üsulu deyilir. Ona görədir ki, bəzən bu üsullar instrumental (cihaz) kimyəvi analiz üsulları əsasən iki qrupa bölünür.

  1. Optiki üsullar. Bunlar öz növbəsində spektral, atom absorbiya, fotometrik və luministent analiz üsullarına bölüünürlər.
  2. Elektrokimyəvi üsullar. Bunlar da öz növbəsində elektroqravimetrik (elektroliz), potensiometrik titrləmə, polyaroqrafik analiz və başqa üsullara bölünürlər.

Bu üsullardan bəzilərini nəzərdən keçirək:

  • Atom-absorbsiya spektroskopiya üsulu təyin edilən elementin atomunun rezonans analitik xətlərinin atom buxarı halına keçmiş nümunədən keçən şüanı udmasına əsaslanır. Sərbəst atomlar işıq enerjisini udaraq, həyəcanlanmış hala keçirlər, atomların həyəcanlanmış halı çox davam etmir, onlar 10-7 saniyədən sonra yenidən əvvəlki vəziyyətlərinə qayıdırlar.
  • Atom-emission spektroskopiya: Atom emisson spektroskopiya üsulu sərbəst atomların termiki həyəcanlanmasına (alov, elektrik qövsü, elektrik qığılcımı, induktiv əlaqələnmiş plazma) və həyəcanlanmış atomların tezliyi ilə şüa buraxaraq (E-E0=hv idadəsinə əsasən) öz əsas vəziyyətinə qayıtmasına əsaslanır.
  • Atom-flüoressent spektroskopiya: Arom flüoressent üsulu elektronların fotom həyəcanlanmasına əsaslanır. Flüoressensiya F, yəni həyəcanlanmış elektronların əsas vəziyyətə qayıtması ilə gedən şüalanmadər. Flüoressent şüalanmamanın intensivliyi uyğun olan elementin qatılığına proporsionaldır.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  1. Lvov. B.V. Atom spekral analuiz M. Elm, 1966
  2. Poluektov N.S. Alovlu fotometriya analiz üsulu. M.Kimya 1967
  3. Praus V. Analitik atom-absorbsiya spektroskopiya. M.Mir 1976 s. 355