Fizuli Salahov (28 aprel 1978, Dəvəçi rayonu – 13 dekabr 2017, Füzuli rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu. 2017-ci il dekabrın 13-də cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. Ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" II dərəcəli medal ilə təltif edilib.[1]
Fizuli Salahov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gəndov, Dəvəçi, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (39 yaşında) |
Vəfat yeri | Füzuli, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Rütbəsi | Gizir |
Təltifləri |
Fizuli Süleyman oğlu Salahov 1978-ci ildə indiki Şabran rayonunun Gəndov kəndində dünyaya gəlib. 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət edib. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə təltif olunub. Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Fizuli Salahova "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal təqdim edilib. 2016-cı ilin aprel döyüşlərində iştirak edib. 13 dekabr 2017-ci ildə cəbhənin Füzuli bölgəsində erməni silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olub. 2018-ci ilin fevralın 23-də ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalla təltif edilib.[2][3]