Fizzə Məmmədova

Fizzə Məmmədova (Tam adı: Fizzə Sadıx qızı Məmmədova; d. 1953 22 aprel, Naxçıvan) — AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent, “Təmiz Dünya” İctimai Birliyinin sədri. [1]

Fizzə Məmmədova
Pərvin Sadıx qızı Məmmədova
150px
150px
Doğum tarixi (70 yaş)
Doğum yeri Naxçıvan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Elm sahəsi kimya
Elmi dərəcəsi kimya elmlər doktoru
İş yerləri AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutu, Heydər Əliyev 35
Mükafatları AMEA NB. Fəxri Fərmanı, Rusiya Təbiət Elmləri Akademiyasının “Elmin qızıl fondu” milli proqramı çərçivəsində Akademiyanın prezidiumunun ekspertizası protokol № 684, 20 fevral 2018-ci il tarixli qərarı ilə “Əməkdar Elm və Texnika Xadimi” fəxri adına layiq görülmüşdür.
science.az

Həyatı və Təhsili[redaktə | mənbəni redaktə et]

Fizzə Məmmədova 1953-cü il 22 aprel tarixində Azərbaycanın Naxçıvan bölgəsində anadan olmuşdur. Bakı Dövlət Universitetini bitirmişdir. Kimya üzrə fəlsəfə doktorudur. Namizədlik (PhD) dissertasiyasının mövzusu 02.00.02 – analitik kimya, ixtisas şifri isə "Azosafraninlər stibium və bismutun ekstraksiyalı-fotometrik təyinində"dir. Fizzə Məmmədova pedoqoji fəaliyyətlə yanaşı, həm də “Təmiz Dünya” İctimai Birliyinin sədridir.

Pedoqoji fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Fizzə Məmmədova fiziki kimya ixtisası istiqamətində 182 elmi əsərin, 10-dən çox elmi publisistik məqalənin, o cümlədən 8 şadətnamənin, 7 müəlliflik şadətnaməsinin, 1 patentin, 1 monoqrafiyanın, 2 qrant layihəsinin müəllifidir. Çapdan çıxmış elmi əsərlərinin 17-si xaricdə çıxmışdır. Beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda 3 məqaləsi çap olunmuşdur. Fizzə Məmmədova Rusiya Təbiət Elmləri Akademiyasının Rəyasət Heyətinin təsis etdiyi impaktfaktorlu nüfuzlu jurnallarda dərc olunan məqalələrinə və elmi fəaliyyətinə görə 1 fevral 2018-ci il tarixlində Akademiyanın Attestasiyası Komissiyasının prezidiumunda RTEA-nın Professoru elmi adını almışdır.

Əsas elmi nailiyyətləri[redaktə | mənbəni redaktə et]

  • Sorbsiya proseslərində tarazlıq, kinetik və termo-dinamik qanunauyğunluqların öyrənilməsi istiqamətində aldığı nəticələr 44-cü Ümumdünya kimya konqresində və çoxlu sayda Beynəlxalq konfranslarda təqdim edilmişdir.

Elmi əsərlərinin adları[redaktə | mənbəni redaktə et]

  • Sürmənin (V) fotometrik təyini üsulu. Patent ,İ 2010 0105.
  • Xrom (VI) ionlarının anionitlərlə sorbsiyasına bir sıra amillərin təsiri /AMEA-nın məruzələri, 2010,c.66, №2,s 66-723.
  • Seçici konsentrat almaq məqsədi ilə qurğuşun- sink filizinin flotasiyası/ Avropa elm və texnologiyası , Vaysbaden, Almaniya , 2012, s. 62-66 və s.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • AMEA NB. Fəxri Fərmanı
  • Rusiya Təbiət Elmləri Akademiyasının “Elmin qızıl fondu” milli proqramı çərçivəsində Akademiyanın prezidiumunun ekspertizası protokol № 684, 20 fevral 2018-ci il tarixli qərarı ilə “Əməkdar Elm və Texnika Xadimi” fəxri adına layiq görülmüşdür.[2]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Məmmədova Fizzə Sadıx qızı" (az.). 2018-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-27.
  2. "Məmmədova Fizzə Sadıx qızı" (az.). 2018-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-27.