Flüorkarbon və xlorflüorkarbon yağları

Flüorkarbon və xlorflüorkarbon yağlar – son illərdə yüksək temperatura və yeyici kimyəvi maddələrin təsirinə davamlı mayelərə və sürtkü yağlarına tələbat artmışdır. Flüorkarbon və xlorflüorkarbon yağlar üzvi birləşmələr bu cür maddələrdəndir. Flüorkarbon karbohidrogenlərdən hidrogen atomlarını flüorla əvəz etmək yolu ilə alınır. Flüorkarbon yağları təmamilə flüorlaşmış parafin, naftenaromatik karbohidrogenlərdən, yaxud yanzəncirli və qarışıq tipli karbohidrogenlərdən əmələ gəlir. Flüorlu törəmələri ən əlverişli istehsal üsulu karbohidrogenlərin kobalt florid vasitəsilə flüorlaşdırılmasıdır. Bu maddə güclü flüorlaşdırıcı xassəyə malikdir və flüorlaşdırma prosesində karbohidrogenin quruluşunu pozmur:

-CH2+4CoF3 → CF2-+2HF + 4CoF2

Fiziki — kimyəvi xassələri

[redaktə | mənbəni redaktə et]

Flüorkarbonlar şəffaf, rəngsiz və ya aşıq sarı rəngli, müxtəlif özlülüklü iysiz mayelərdir. Onlar petroleyn efirindən, etil efirindən, xlorlaşdırılmış karbohidrogenlərdən yaxşı həll olur, suda , spirtlərdə və benzolda həll olmur. Fiziki – kimyəvi xassələrinə görə bu birləşmələr karbohidrogenlərdən kəskin fərqlənir. Onlar kimyəvi və termiki sabitdir. Belə ki, onlar hətta 1000C-dən yuxarı temperaturlarda qatı nitrat turşusu, tüstülənən sulfat turşusu, nitrolaşdırıcı qarışıq, qatı hidrogen-peroksid, xrom turşusu kimi güclü oksidləşdiricilərlə reaksiyaya girmir. Natrium metalı ilə onlar yalnız 3000C-dən yuxarı temperaturlarda reaksiyaya girir. Flüorkarbonlar ammonyak və digər aminlərin təsirinə davamsızdır. Flüorkarbonların sıxlığı və özlülüyü uyğun karbohidrogenlərin sıxlığından 2–3 dəfə çoxdur. Bu, flüorkarbonların molekullar arası rabitə qüvvələrin kiçikliyi ilə əlaqədardır.

Üstün cəhətləri

[redaktə | mənbəni redaktə et]

Flüorkarbonlar təcrübi olaraq adi və paslanmayan poladları, alüminiumu və onun ərintiləri, misin, bürüncün, nikkelin karroziyaya uğratmır, rezin hisslərə təsir göstərmir. Flüorkarbonların qabiliyyəti kifayətləndiricidir. Özlülük indeksinin aşağı olması(mənfi-300– 1000) yağların tətbiqini məhdudlaşdırır. Elektrik xassəsinə görə bu yağlar yüksək keyfiyyətli karbohidrogen yağları (transformator yağı) ilə bir sırada durur. Flüorkarbor yağları istismar zamanı çöküntü əmələ gətirmir. Onlar bu cəhətdən karbohidrogen yağlardan üstündür.

  1. Əliyeva N. T., Cavadova H. Ə., Qurbanov Ə. Ş., Hüseynova E. Ə., Əcəmov K. Y., Yağlar, sürtkülər və texniki mayelər. Bakı-2018.