Floqopit

Floqopit mineral, mika, KMg3[(F,OH)2 | AlSi3O10]

Floqopit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
KMg₃(Si₃Al)O₁₀(OH)₂
Strunz təsnifatı VIII/E.05b[1]
Xüsusiyyətləri
Zolaq rəngi
Sıxlıq 2,815 ± 0,04 q/sm³
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Annit - floqopit fasiləsiz izomorf seriyanın sonuncu üzvü; həmçinin floqopit- istonit fasiləsiz izomorf seriya da məlumdur. Adətən Fe2+ daşıyır. Mikada Mg:Fe>2:1 olduqda floqopit adlanır. K, Mn, bəzən Ti  əvəzləyən natriumun xeyli qa­tı­şıqları. Rəngsizdən, qırmızımtıl-qonura və yaşıladək. Növləri: manqanfillit, ftor-floqopit, man­qan-floqopit, titan-floqopit, ferri-floqopit , tetraferri-floqopit, bariumlu floqopit. Floqopit, kalium-arqon və rubidium-stronsium üsulları ilə izotop yaş təyinində istifadə olunur.

Floqopitləşmə

[redaktə | mənbəni redaktə et]

Floqopitləşmə - ultraəsasi süxurların dəyişilməsinin ilkin  mərhələsində təzahür edən metasomatik proses. Sahəvi, yuva-sahəvi və yaxud damarabənzər cisimlər şəklində intişar etmiş, floqopitli, piroksenli, floqopit-piroksenli, floqopit-olivinli süxurlar əmələ gətirir. Olivinitlərdə, piroksenitlərdə və b. süxurlarda geniş yayılmışdır.

Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006, 679 səh.