Florenski dağlaləsi - (lat. Tulipa eichleri Regel). Zambaqkimilər – (Lilicaeae Juss.) fəsiləsinə aid bitki növü.[1]
Florenski dağlaləsi | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Florenski dağlaləsi |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU A2c + 3c.Nadir, atropatan endemik növüdür.[2]
Çoxillik ot bitkisidir. Soğanaq 2 sm-ə qədər diametrdə, yumurtavari uzunsovdur, tünd-qonur qınla örtülüdür. Gövdə 10-25 sm hündürlükdədir. Yarpaqlar 3-4 ədəd bükülmüş, göyümtül, çılpaq, aşağıdakılar çox və ya az enli-neştərşəkilli, yuxarıdakılar dar-xətvaridir. Çiçəklər təkdir, çiçəkyanlığının yarpaqcıqları 2,5-4 sm uzunluğunda, alovu qırmızı, əsası daxili tərəfdən tünd-göyümtül və ya qara ləkəli, sarı haşiyəlidir, xaricdən yumurtavari, rombvari, qısa-sivri, daxildən uzunsov, tərs-yumrtavari, təpə hissəsi adətən kəsikdir. Erkəkcik çiçəkyanlığından qısa, sapı qara, tozcuğu sarı, sapdan qısadır. Qutucuq 3-4 sm uzunluğundadır [3]
Aşağı və orta dağ qurşaqlarında – daşlı-çınqıllı, qayalı yamaclarda yayılmışdır. Çiçkləməsi aprel, meyvələməsi may ayına təsadüqf edir. Çoxalması toxumla və vegetativ yolladır. Kseromezofitdir[4]. Geofit, dərman və bəzək bitkisidir [5].
Naxçıvan MR – Ordubad rayonu Nüsnüs (Diah, Qalagüney, Soyuq dağları) və Dırnıs kəndləri ətrafında, Azərbaycandan kənarda isə İranda yayılmışdır. Quru, daşlı yamaclarda bitir. Tək-tək rast gəlir.
Antropogen amillər, mal-qara otarılması.Dekorativ əhəmiyyətinə görə əhali tərəfindən intensiv toplanılması və zoogen amillər.
Azərbaycanın Botanika İnstitutunun Botanika bağında becərilir.
Xususi mühafizə tədbirləri hazırlanmamışdir.Yeni yayılma yerlərinin axtarılması vacibdir.
Birləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |