Folar (Portuqaliya dilində:Folar) - Portuqaliyada Pasxa bayramı münasibətilə bişirilən kuliçin müxtəlif növlərindən biridir. Foların tərkibinə su, duz, yumurta, buğda unu daxildir.[1][2]
Portuqaliyanın müxtəlif vilayətlərində folar formasına, konkret reseptinə, duzlu və şirin dadlı olmasına baxmayaraq bütün reseptlərdə yumurta sarısı əsas yer tutur.