Foli-Berjer

Foli-Berjerin əsas binası

Foli-Berjer (fr. Folies Bergère) — 1890-1920-ci illər aralığında Paris şəhərinin ən məşhur gecə klublarından biri. Foli-Berjer indiki dövrdə müzikl kimi fəaliyyət göstərir. Gecə klubunun yerləşdiyi bina opera binası kimi inşa edilmiş və 1869-cu ilin 2 may tarixində istifadəyə verilmişdir. İlk öncə klubun adı Foli-Trevis (fr. Folies Trévise) olmuş, 13 oktyabr 1872-ci ildə isə fr. Folies Bergère şəklində dəyişdirilmişdir. Eduard Mane tərəfindən 1882-ci ildə çəkilmiş Foli-Berjerdə bar tablosunda Foli-Berjer barı təsvir olunmuşdur.