Bu məqaləni vikiləşdirmək lazımdır. |
Folk-rok, xalq musiqisi və rok musiqisini birləşdirən bir musiqi növüdür. Ümumiyyətlə folk-rok termini 1960-cı illərin ortasında Birləşmiş Krallıq və ABŞ-də ortaya çıxmışdır. Liderliyini Los Angelesli musiqi qrupu The Byrds etmişdir. Qrup, ənənəvi xalq musiqisi ilə Dylanvari mahnıları rok alətləri ilə çalmış, bu nöqtədə isə The Beatles və digər İngilis qruplarının
Folk-rok | |
---|---|
Yarandığı dövr | 1964 |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
böyük ölçüdə təsiri olmuşdur."Folk rok" termini isə ilk dəfə ABŞ mətbuatı tərəfindən The Byrds'ün musiqisini təyin etmək üçün 1965 iyununda ortaya atılmışdır. The Byrds'ün "Mr. Tambourine Man" coveri və bu coverin ticarət müvəffəqiyyəti isə folk rokun 1960-cı illərin ortasında böyük bir müvəffəqiyyətə çatmasını təmin etmişdir. Dylanın özünün də bu növə böyük bir ilham qaynağı olmuşdu; xüsusilə elektro gitarla ifa olunan Bringing It All Back Home , Highway 61 Revisited və Blonde on Blonde albomları növün inkişafında böyük rolu oldu. Dylanın 25 iyul 1965 tarixində Newport Folk Festival'ında elektronik bir musiqi qrupuyla konsert verişi, eyni zamanda folk rok üçün əhəmiyyətli bir addım idi.