Follas novas

"Follas Novas"ın ilk səhifəsi

"Follas Novas" (azərb. Yeni yarpaqlar‎) — qalisiyalı şair Rozalio de Kastro tərəfindən 1880-ci ildə yazılmış və nəşr olunmuş şeirlər toplusu.

Haqqında[redaktə | mənbəni redaktə et]

Əsər Kastronun Qalisiya dilində ikinci və son belə əsəri olmuşdur. Əsas şeirlər şair Simakas şəhərində yaşayarkən 1869-1870-ci illərdə yazılmışdır, amma şeirlərin çoxu 1870-ci illərdə qələmə alınmış və qəzetdə çap olunmuşdur.[1] Bu əsər Qalisiya intibah dövründə (XIX əsr) qalisiya ədəbiyyatında ən əhəmiyyətli əsərlərdən biridir.[2]

Şeirlər toplusu 5 kitabdan ibarətdir: "Vaguedás", "Do íntimo", "Varia", "Da terra""As viuvas dos vivos e as viuvas dos mortos".[1]

"Follas Novas" Kastronun həyatını əks etdirir. Bundan əvvəl Rozalio de Kastro 1863-cü ildə "Cantares gallegos" adlı ilk Qalisiya dilində şeirlər toplusunu və kastilya dilində "En las orillas del Sar" adlı romanını yazmışdır. "Follas Novas"da qadına verilən qiymət və qalisiyalıların iqtisadi problemlərə görə köç etməsi tərənnüm edilmişdir. Şeirlər toplusunun son hissəsi olan "As viuvas dos vivos e as viuvas dos mortos" (azərb. Həyat pəncərəsi və Ölüm pəncərəsi‎) ərləri iqtisadi problemlər üzündən ölkəni tərk edən qadınlar haqqındadır.[3] Əsərin önsözündə Kastro nəşriyyat işinin Kubadakı Qalisiya cəmiyyəti tərəfindən dəstəkləndiyini qeyd etmişdir.[4]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  • Kirsti Hooper: Writing Galicia Into the World: New Cartographies, New Poetics, s. 150. Liverpool University Press, 2011. ISBN 9781846316678.
  1. 1 2 Follas Novas Arxivləşdirilib 2015-06-19 at the Wayback Machine El Libro Total
  2. Hooper, p. 18
  3. Hooper p. 47
  4. Hooper p.19