Folsom

Folsom, Nizə ucluğu

Folsom — Preri Platosunda (ABŞ) Paleolit dövrünə aid arxeoloji mədəniyyət.

Bu termin ilk dəfə Kolorado Təbii Tarix muzeyinin direktoru Dade Figins tərəfindən 1927-ci ildə istifadə edilmişdir.

İlk dəfə Nyu -Meksiko ştatında Folsom şəhəri yaxınlığında aşkar edilmişdir. Folsom düşərgələri bizon ovçularının müvəqqəti sığınacaqları olmuşdur. Kolorado ştatının şimal-şərqində uzun müddət istifadə olunmuş Lindenmeyer düşərgəsi müstəsnalıq təşkil edir. Buradan ocaq yeri, bizon, dəvə və s. heyvan sümükləri, daş nizə ucluqları, daş bıçaqlar, qaşovlar, muncuq və s tapılmışdır.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]