Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fonetik təhlil — Sözün müvafiq səs və hərf tərkibini, heca, vurğu məsələlərini, ahəng qanununun pozulub-pozulmadığını müəyyənləşdirmə.
Fonetik təhlil aşağıdakı kimi aparılır:
Fonetik təhlil zamanı sözdəki səslərin növlərə görə (samit və sait ) təhlili onun tələffüz şəkli, ahəng qanunu, heca və vurğusu isə yazılı forması üzərində aparılır. Fonetik təhlil sözlərin yazılışı əsasında deyil,tələffüzü əsasında aparılır.Təhlil zamanı sözdəki vurğu sözün hecalarının birinin digərinə nisbətən qüvvətli olan hecasının üzərinə düşür.Vurğu yazıda hecanın üzərində apostrof ilə(') işarə olunur.
[n] — cingiltili sonor samitdir, kar qarşılığı yoxdur;
[e] — incə, açıq, dodaqlanmayan saitdir;
[f] — kar samitdir, cingiltili qarşılığı [v] samitidir;
[ç] — kar samitdir, cingiltili qarşılığı [c] samitidir;
[i] — incə, qapalı, dodaqlanmayan saitdir;
Sözün hecaları: neft — çi, vurğusu ikinci hecanın üzərinə düşür.
[u] — qalın, qapalı, dodaqlanan saitdir;
[s] — kar samitdir, cıngiltili qarşılığı [z] samitidir;
[d] — cingiltili samitdir,kar qarşılığı [t] samitidir; Sözün hecaları: us-ta, vurğusu ikinci hecanın üzərinə düşür.
[a] — qalın, açıq, dodaqlanmayan saitdir;
[m] — cingiltili sonor samitdir, kar qarşılığı yoxdur;
[ə] — incə, açıq, dodaqlanmayan saitdir;
[y] — cingiltili samitdir, kar qarşılığı [x'] samitidir;
[n] — cingiltili sonor samitdir, kar qarşılığı yoxdur.
Sözün hecaları: mü-əy-yən, vurğusu sonuncu hecanın üzərinə düşür.
Dəmirçizadə Ə. Müasir Azərbaycan dili. I hissə. Fonetika, orfoepiya, orfoqrafiya, Şərq-Qərb nəşriyyatı, Bakı-2007, səh.