Fosforlu gübrələr

Fosforun oksidləşmiş birləşmələri bütün canlı orqanizmlərə lazımdır. Fosfat turşusu nuklein turşularının tərkibinə daxildir və onlarda fosforun miqdarı P2O5-ə hesablanmaqla 20%-ə çatır.

Fosfor bitkilərin digər üzvi birləşmələrində də olur (fitində, lesitində saxarofosfatlarda). Fitində 27,5% P2O5 olur.

Xüsusi rol makroerqik birləşmələrə aiddir, onların tərkibində fosfor daxildir (ATF, ADF və s.). Bu birləşmələrin hidrolizi zamanı sərbəst enerjinin miqdarı bir mol üçün 60 kC olur. ATF (adenozin trifosfat turuşusu) hüceyrələrdə üzvi birləşmələrin parçalanması zamanı əmələ gələn enerjinin əsas akseptorudur, enerjinin ötürücüsü və təminatçısıdır. Bu enerji zülalların, piylərin, nişastanın, aminturşuların və digər maddələrin sintezi üçün vacibdir.

Bitkilərdə fosforun miqdarı azota nəzərən 2 dəfə azdır. O, əsasən meyvələrdə və toxumlarda olur. Fosfor bitkilərin böyüməsinə və inkişafına böyük təsir göstərir. Fosfor qidalanmasının optimallaşması bitkilərin məhsuldarlığını və onun keyfiyyətini artırır. Dənli bitkilərdə bütün məhsul kütləsində dənin payı artır, dənlərdə daha çox nişasta toplanır, kökümeyvəlilərdə şəkərin miqdarı artır. Fosfor bitkilərin inkişafını tezləşdirir, payızlıq bitkilərin qışa davamlılığını artırır. Fosfor çatışmadıqda zülal və şəkər sintezi ləngiyir.

Hər il kənd təsərüffatı məhsulları ilə torpaqdan fosfor aparılır, torpaqda fosfatlar azalır, nəticədə məhsuldarlıq və məhsulun keyfiyyəti azalır. Fosfat gübrələri həll olmasına və bitkilər üçün mənimsənilən olmasına görə üç qrup kalsium duzlarına bölünür:

1. Birəvəzli, suda həll olan və bitkilər üçün asan mənimsənilən.

2. İkiəvəzli, suda həll olan, əksər kənd təsərrüfatı bitkiləri üçün mənimsənilən olmayan.

3. Üçəvəzli, suda həll olmayan, zəif turşularda pis həll olan, əksər kənd təsərrüfatı bitkiləri üçün mənimsənilən olmayan.

Birinci qrup fosfor gübrələri daha geniş istifadə olunur. Fosfor gübrələri istehsalı üçün xammal püskürmüş mineral olan apatit-Ca5(PO4)3F və çöküntü fosfatlardır. Apatitin və fosforitlərin emalı zaman fosfatlar bir əvəzli, bitkilər üçün mənimsənilən formaya keçir.

Birəvəzli fosfatlar[redaktə | mənbəni redaktə et]

Toz halında sadə superfosfat[redaktə | mənbəni redaktə et]

Ca(H2PO4)2•2H2O . Apatitdən sadə superfosfat alınır. O, açıq boz rəngli, tərkibində sitrat həll olan P2O5 19%-dən az olmayan tozdur. Sadə superfosfatda 5-5,5% sərbəst fosfat turşusu olur ki, bu da onun yüksək turşuluğuna və hiqroskopikliyinə səbəb olur. Turşuluğu azaltmaq üçün superfosfata əhəng və ya fosforit unu əlavə olunur. Gübrənin tərkibində 40%-ə qədər kalsium sulfat olur (CaSO4). Torpağa daxil etdikdə monofosfat iki və üçəvəzli kalsium fosfata çevrilir: Ca (H2PO4)2+Ca(HCO3)2=2CaHPO4•2H2O+ 2CO2 Ca (H2PO4)2+ 2Ca(HCO3)2= Ca3(PO4)2+ 4H2O+4 CO2 İki-və üçəvəzli kalsium fosfatın neytral və əsaslarla zəngin torpaqlarda əmələ gəlməsi superfosfatın fosfat turşusunun kimyəvi udulmasına səbəb olur, onun torpaqda yerdəyişməsini və qrunt sularına yuyulmasını məhdudlaşdırır. Təzə çökmüş iki-və üçəvəzli kalsium fosfat torpaq məhlulunun zəif turşularında həll olur və bitkilər tərəfindən udulur. Turş torpaqlarda bitkilərin çətin mənimsədiyi dəmir və alüminium fosfatlar əmələ gəlir. Ca (H2PO4)2 +2Al (OH)3=2AlPO4+Ca (OH)2+ 4H2O Fosfat turşusunun anionunun (H2PO4-) xeyli hissəsi təkcə neytral yox, həm də turş torpaqlarda TUK-də mübadilə formasında udulur. Bu, bitkilərin qidalanması üçün böyük əhəmiyyət kəsb edir. Belə ki, fosfat turşusunun mübadilə ilə udulmuş ionları bitkilər tərəfindən mənimsənilməsinə görə suda həll olan fosfatlara bərabər tutulur. Torpağın bərk fazasının adsorbsiya etdiyi fosfat anionlar bikarbinat (HCO3–) limon, qarışqa, turşəng və digər turşuların anionları tərəfindən yaxşı sıxışdırılıb çıxarılır. Bitkilər nəfəs alma zamanı kökləri vasitəsi ilə karbon qazı ayırır ki, o da torpaq məhlulunda H+ və HCO3 ionlarına dissosiasiya edən karbonat turşusu əmələ gətirir. Sonuncu TUK vasitəsi ilə H2PO4– ionu mübadilə olunur. Toz halında superfosfatdan fosfat ionlarının kimyəvi udulmasını azaltmaq üçün onu lokal səpmək lazımdır. Superfosfat qranullaşdırıldıqda onun torpaq ilə kontaktı azalır.

Qranullaşdırılmış (dənəvərləşdirilmiş) superfosfat[redaktə | mənbəni redaktə et]

O. toz halında superfosfatdan ölçüləri 1-dən 4mm-ə qədər olan qranullara formalaşdırılmaqla alınır, daha az nəmə (1-4%) və 22%-ə qədər mənimsənilə bilən P2O5-ə malik olur. Onu ən yaxşı apatitdən hazırlayırlar sərbəst fosfat turşusu onda az olub 2,5%-ə qədərdir. Az bərkiyir, torpağa verdikdə asanlıqla səpələnir. Təsirinə görə qranul şəkilli superfosfat toz halında superfosfata nəzərən daha çox səmərəlidir.

Qatılaşdırılmış (ikiqat) superfosfat[redaktə | mənbəni redaktə et]

Onun tərkibində 40%-ə qədər P2O5 olur. Sadə superfosfatda 40%-ə qədər kalsium sulfatın olması qablaşdırmaqğa, daşınmağa və səpməyə məsrəfləri artırır. Əksər mədəni bitkilər üçün gips müsbət təsir göstərmir və sadə superfosfatda ballastdır. Superfosfatda təsir edici maddənin miqdarını artırmaq üçün fosforitlər əvvəlcə artıq miqdarda sulfat turşusu ilə işlənir. Sulfat turşusu kalsium fosfatı parçalayaraq fosfat turşusu, kalsium sulfat və apatitdə olan flüorid ionu ilə flüorid turşusu əmələ gətirir. Əmələ gələn fosfat turşusu filtrlənərək gipsdən ayrılır və o yüksək qatılıqlı xammalın yeni payının işlənməsi üçün istifadə olunur. Nəticədə az miqdarda əlavəsi olan qatılaşdırılmış superfosfat alınır. [Ca3(PO4)2]3∙CaF2 + 14H3PO4 + 10H2O = 10Ca(H2PO4)2∙H2O + 2HF Belə superfosfat ikiqat superfosfat adlanır. Fosfat turşusunun bu ekstraksiyalı alınma üsulu xeyli bahadır, odur ki, ikiqat superfosfat az buraxılır. İkiqat superfosfatın bitkiyə təsiri birqat superfosfatın təsiri ilə eynidir,amma, onun istifadəsi zamanı daşınma və səpilməyə məsrəflər azalır. Onu lokal səpmək məqsədəuyğundur, bu yaxşı fosfor gübrəsidir.

Superfosfat[redaktə | mənbəni redaktə et]

O, fosforitlərin fosfat turşusu ilə qeyri-tam parçalanması zamanı alınır, 38%-ə qədər P2O5-ə malik olur ki, onun da 19%-i asan mənimsənilən fosfatdır. Səmərəliliyinə görə o, iki qat superfosfatdan zəifdir.

İkiəvəzli fosfatlar[redaktə | mənbəni redaktə et]

Presipitat-iki əvəzli kalsium fosfat CaHPO4•2H2O[redaktə | mənbəni redaktə et]

Ağ və ya açıq boz rəngli tozdur, 25-dən 35%-ə qədər P2O5-ə malik olur (fosfat xammalının keyfiyyətindən asılı olaraq), az hiqroskopikdir, bərkiyib iriləşmir, istifadə zamanı yaxşı səpələnir, limon turşusunun ammonium duzunda yaxşı həll olur, bitkilər üçün yaxşı mənimsəniləndir. Presipitat fosfat turşusunu əhəng südü ilə neytrallaşdırmaqla alınır: H3PO4 + Ca(OH)2 = CaHPO4∙2H2O Əsas gübrə kimi şumun dərin qatına verilir. Bitki yalnız yaxşı inkişaf etmiş kök sistemi olduqda presipitat fosforunu mənimsəyir. Cavan cücərtilər suda həll olmayan ikiəvəzli kalsium fosfatı mənimsəyə bilmir. Presipitatı turş torpağa verilməsi məqsədəuyğundur, o, superfosfatın təsirindən daha yaxşı effekt verə bilər.

Flüorsuzlaşmış fosfat[redaktə | mənbəni redaktə et]

Bu gübrə fosfat xammalının 1400-1450oC-də su buxarının iştirakı ilə közərdilməklə alınır. Belə emal zamanı apatitdən və fosforitlərdən flüor kənarlaşdırır. Apatitdən 30-32% P2O5, fosforitlərdən 20-22% P2O5-olan flüorsuzlaşmış fosfat alınır. Bu fosfatlar 2%-li limon turşusunda həll olur.

Tomasşlak, marten fosfat şlak[redaktə | mənbəni redaktə et]

Tomasşlak, marten fosfat şlak - metallurgiya sənayesinin tullantısıdır (tərkibində fosfor olan dəmir filizi emal edildikdə alınır), Filiz əridilən zaman fosfor anhidridini əlaqələndirmək üçün əhəng daşı əlavə olunur və tərkibində 8-16% P2O5 olan tetra kalsium fosfat 4CaO•P2O5 alınır. Onun tərkibində əlavə kimi alüminium, dəmir, vanadium, maqnezium, manqan, molibden və s. olur. Ayrılmış şlak üyüdülür və toz halında torpağa verilir. Əsas gübrə kimi istifadə olunur. Onu turş torpaqlara əlavə etdikdə maksimal səmərə əldə olunur[1].

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-07-15.