Fotoelektrik sensor

Qarşılıqlı fotoelektrik sensorun konseptual sistemi

Fotoelektrik sensor əsasən infraqırmızı işıq şüasından istifadə edərək məsafəni, obyektin mövcud olub-olmamağını hiss edən qurğudur. Onlardan sənayenin müxtəlif sahələrində geniş istifadə olunur. Üç əsas növü var: qarşılıqlı, geriyə əks olunan və maneədən əks olunan.[1]

Qarşılıqlı fotoelektrik sensorlar iki hissədən ibarət olur: emitter, yəni şüanı göndərən qurğu və qəbuledici. Emitterdən göndərilən şüa qəbulediciyə çatdıqda sensorda heç bir dəyişiklik baş vermir. Lakin emitter və qəbuledici arasında maneə olduqda şüa çatmadıqda sensor bununla çıxış siqnalı verir.[2]

Geriyə əks olunan fotoelektrik sensorlarda emitter və qəbuledici hissə bir qurğuda yerləşir və həmin qurğunun qarşısında əksetdirici lövhə olur. Emitterdən göndərilən şüa həmin lövhədən əks olunaraq qəbulediciyə çatır. Şüa hər hansı maneə ilə rastlaşdıqda və əksolunmadıqda sensor çıxış siqnalı verir.[2]

Maneədən əks olunan fotoelektrik sensorlarında da emitter və qəbuledici bir qurğuda yerləşir. Adi halda emitterdən göndərilən şüa qəbulediciyə çatmır, lakin hər hansı maneəyə rast gəldikdə şüa qəbuledicidə toplanır və belə olduqda sensor çıxış siqnalı verir.[2]

Yuxarıdakıları növləri bir-birindən aşağıdakı xüsusiyyətlərinə görə fərqləndirmək olar:[3]

Ad Üstünlükləri Mənfi cəhətləri
Qarşılıqlı
  • Yüksək dəqiqlik
  • Uzun həssaslıq diapazonu
  • Yüksək etibarlılıq
  • Sistemdə iki yerdə quraşdırılması: emitter və qəbuledici
  • Bahalığı – ayrıca emitter və qəbuledici tələb etməsinə görə digərlərinə nisbətən qiyməti yüksəkdir
Geriyə əks olunan
  • Qarşılıqlı sensorlardan dəqiqliyinə görə çox az fərqlənir
  • Maneədən əks olunan sensorlara nisbətən yüksək həssaslıq diapazonu
  • Yüksək etibarlılıq
  • Sistemdə iki yerdə quraşdırılması: sensor və əksetdirici
  • Maneədən əks olunan sensorlara nisbətən qiymətinin bir az baha olması
  • Qarşılıqlı sensorlara nisbətən aşağı həssaslıq diapazonu
Maneədən əks olunan
  • Yalnız bir yerdə quraşdırılması
  • Digər növlərlə müqayisədə daha ucuz olması
  • Digər növlərlə müqayisədə dəqiqliyinin az olması
  • Quraşdırılmasına çox zaman tələb etməsi
  1. "What is a Photoelectric Sensor?". keyence.com (ingilis). 2022-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.08.2019.
  2. 1 2 3 "Photoelectric Sensors". Omron.com (ingilsi). 2022-06-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31.08.2019.
  3. "Arxivlənmiş surət" (PDF). 2016-11-30 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-08-30.