Bu məqaləni vikiləşdirmək lazımdır. |
Fotometrik analiz üsulları
Fotometrik analiz üsullarında maddənin miqdarının təyin olunması onun işıq udmasının ölçülməsi ilə müəyyən olunur. Fotometrik analiz zamanı müxtəlif tipli reaksiyalardan istifadə edilir. Qeyri-üzvi maddələrin təyini üçün çox vaxt rəngli kompleks birləşmələrin alınması və onların işıq udması öyrənilir. Əksər metal və qeyri metallar kompleksəmələgətirməyə meylli olur və ya rəngli komplekslərlə birləşməyə meylli olurlar. Ona görə də elementlərin fotometrik üsullarla təyin üçün geniş tətbiq imkanları olur. Hal-hazırda demək olar ki, bütün elementlərin və ya onların birləşmələrinin fotometrik üsullarla təyini var. Bu zaman sadə fotometrik üsullar istifadə edilir. Üzvi maddələrin fotometrik təyini üçün sintez üsullarından istifadə olunur. Sintez üsulları ilə həm də qeyri-üzvi maddələr kompleks əmələ gətirir, məsələn sulfidlərlə və ya nitridlərlə. Fotometrik analiz zamanı geniş istifadə olunan reaksiyalardan biridə oksidləşmə - reduksiya reaksiyalarına əsaslanır. Bir çox analizlər zamanı oksidləşmə-reduksiya reaksiyalarından köməkçi vasitə kimi istifadə olunur. Bir sıra fotometrik təyin üsulları katalitik effektə əsaslanır. Fotometrik üsulların həssaslığı müəyyən həddə olur və onu artırmaq üçün müxtəlif kimyəvi üsullardan istifadə olunur.Fotometrik analizdə ölçmələrin ilk həddi adi gözlə müşahidə olunur.Fotometrik analizdə geniş istifadə olunan cihaz fotoelektrokolorimetrdir (FEK). Gözlə görmədən fərqli olaraq FEK-lə ölçmələr daha dəqiq nəticə verir. Bu zaman xüsusi standart məhlullar hazırlanmalıdir. FEK-lə təyinat aparılan zaman öncə dərəcəli əyri qurulur. Dərəcəli əyri çox miqdarda maddənin analizi zamanı istifadə edilə bilər. Əgər işıq udma FEK ilə aparılırsa bu üsul fotokolorimetrik üsul adlanır.