Fotometrik cihazlar

Fotometrik anlayışlar — Maddədə həyəcanlanma vəziyyətindən normal vəziyyətə qayıdarkən elektronların keçməsi nəticəsində əmələ gələn atomların, ionların, molekulların və bu maddələrin daha mü- rəkkəb hissəciklərinin işıqlanması lüminessensiya adlandırılır. Maddənin lüminessensiyasının başlanması üçün ona kənardan müəyyən miqdarda enerji çatdırmaq vacibdir. Maddə hissəcik-ləri onlara çatdırılan enerjini udaraq, müəyyən müddət ərzində o halda qalmaqla həyəcanlanma vəziyyətinə keçir. Sonra onlar həyəcanlanma enerjisinin bir hissəsini lüminessensiya kvantları şəklində itirərək sükunət halına qayıdır. Ultrabənövşəyi və görünən tezliklərin optik diapazonunun işıq şüalarının təsiri altında əmələ gələn işıqlanma, həyəcanlanma səviyyəsinin növündən və bu vəziyyətdə qalma müddətindən asılı olaraq fluoressensiya və fosforessensiya kimi iki növə ayrılan fotolüminessensiya adını daşıyır.

Analitik və biokimyəvi tədqiqatlarda tez-tez rəngsiz məhlulun rəngli məhlula çevrilməsi ilə nəticələnir ki, bu da müəyyən dalğa uzunluqlu işıq şüalarını udmaq qabiliyyətinə malikdir. Əgər qırmızı rəng intensiv udularsa onda məhlul yaşıl və ya göy rəngdə, bənövşəyi rəng udulursa məhlul sarı olur. Müxtəlif dalğa uzunluqlu işığın udulmasını göstərən qrafik spektral əyri adlanır. Adətən fotometriyada ən yüksək işıq udma oblastından istifadə edilir. Əyridə maksimumun miqdarı variasiya edə bilər, ancaq adətən görmə oblastında bir-iki maksimumu olur. Analitik tədqiqatlarda elə rəngli maddələrdən istifadə olunur ki, onun rənglənmə intensivliyi tədqiq olunan maddənin qatılığı ilə düz mütənasib olsun[1] . Əgər məhlulda qeyri şəffaf hissəcik varsa məhlul bulanıq olur. Bu zaman fotometriya aparmaq mümkün deyil, çünki bilmək olmur ki, nə qədər işıq şüası udulur və nə qədər əks olunur.

Fotometrik cihazlar

[redaktə | mənbəni redaktə et]

Fotometrik cihazlar iki böyük qrupa; fotometrlərə və spektrofotometrlərə bölünür. Fotometrdə lazım olan spektral diapazon işıq filtrlərinin köməkliyi ilə yaradılır. Spektrofotometrlərdə isə spektr sahələri linzaların və ya difraksiya qəfəsinin köməyi ilə yaradılır. ona görə verilən diapazonda istənilən dalğa uzunluğu yartamaq olur. Adətən spektrofotometrlər fotometrlərə nisbətən daha həssas cihazlardır. Spektrofotometrlər 400 nm – 700 nm diapazonunda istənilən dalğa uzunluğunda ölçmələr aparılır. Klinik biokimyada fotometrik ölçmələr 400–700 nm oblastında aparılır ki, bu da görmə spektridir. Yüksək uzunluqlu dalğa infraqırmızı dalğaya yaxınlaşır, 400 nm-dən aşağı dalğalar isə UB diapazon, 220–330 nm qısa dalğa diapazonudur. İnfraqırmızı oblastda ölçmələr zamanı adi şüşədən hazırlanmış küveytlərdən istifadə olunur, ulturabənövşəyi oblasta isə xüsusi şüşədən hazırlanmış küveytlərdən istifadə olunur. Qısa dalğada ölçmələr aparmaq üçün ancaq kvars və sapfirdən hazırlanmış küveytlərdən istifadə olunur. Xarici görünüşlərinə görə küveytləri bir-birindən fərqləndirmək çətindir. Əgər küveytləri bir-birindən fərqləndirmək mümkün deyilsə onların optiki sıxlığını ölçmək lazımdır. Bu məqsədlə boş və su ilə doldurulmuş küveyitlərin optiki sıxlığı 400 nm –dən başlayaraq hər 20 nm-dən bir ölçülür. Müxtəlif spektrofototetrik və fotometrik cihazlar bir-birindən quruluşlarına görə fərqlənmələrinə baxmayaraq iş prinsipləri eynidir. Cihazı işə hazırlamaq üçün əvvəl müxtəlif filtirlərdən istifadə etməklə dalğa uzunluğu seçilir. Dalğa uzunluğunu dəqiq təyin etmək üçün aşağı dalğa uzunluğundan başlayaraq ölçmələr aparılır. Bu prosesin əksi isə ciddi səhvlərə səbəb olur. Sonrakı mərhələdə sıfır müəyyən olunmalıdır. Sonra kiçik ölçmələr aparılarıq küveyt məhlulla doldurularaq optiki sıxlığı ölçülür. Məhlulda olan kənar qarışıqların təsirindən yaranan səhvlərdən qaçmaq üçün iki dalğalı və ya üç dalğalı ölçmə metodlarından istifadə olunur.

  1. Mikayılov V. Ş. Qida məhsullarının dequstasiyası. – Bakı.: Kooperasiya nəşriyyatı, 2012. – 384 s.
  2. Mustafayev F. Ə., Rüstəmov E. Ə. Yeyinti məhsulla- rının laboratoriya müayinələri. – Bakı.: Elm, 2010. – 448 s.
  1. "Arxivlənmiş surət" (PDF). 2021-03-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-01-21.