Fraktal sıxılma

  • Fraktal, müxtəlif miqyaslı və ölçülü oxşar forma və rəsmlərdə təşkil olunmuş strukturdur. İlk dəfə olaraq bu termini Benua Mandelbrot, bir çox strukturlarda rast gəldiyi təkrar olunan rəsmləri təsvir etmək üçün işlətmişdir. O, müəyyən etdi ki, fraktalları riyazi təsvir etmək mümkündür və onları çox sadə alqoritmlərlə yaratmaq olar.
Təsadüfi fraktal
  • Əgər hər hansı bir döşəməyə nəzər salsaq, orada çoxlu sayda oxşar, təkrar olunan fraqmentlərə rast gəlmək olar. Bu halda, döşəmənin səthinin necə olması heç bir əhəmiyyət kəsb etmir. Döşəmənin parketdən, betondan olmasından, xalçayla döşənməsindən və s. asılı olmayaraq, şəkillər ən kiçikdən tutmuş, lap böyüyə qədər təkrarlanacaq. Əgər döşəmənin səthinin bir hissəsinin üzünü köçürsək, demək olar ki, eynilə bu hissədən döşəmənin başqa yerində də tapmaq olar. Bundan başqa, əgər bir hissənin ölçülərini dəyişsək, firlatsaq və ya güzgü əksini alsaq, onda oxşar hissələrin sayı daha da çox olacaq. Onda bütün oxşar sahələri və kopyanın üzərində aparılmış bütün (riyazi) çevirmələri saymaq olar. Alınmış verilənlərər (tənliklər sisteminə) adətən, fraktal kodlar deyilir. Belə halda deyirlər ki, onlar səthi öz fraktal xüsusiyyətləri ilə təsvir edirlər. Onlardan istifadə etməklə döşəmənin səthi yaratmaq olar.

Görüntüdə fraktal rəsmlərin axtarıb tapılması artıq çox hesablamaların aparılmasını tələb edir. Bununla belə, fraktal sıxılma itkilərlə müşayiət olunur, çünki fraktalların müqayisəsi prosesi dəqiq uyğunluğun tapılmasını nəzərdə tutmur. Bunun əvəzinə kodlaşdırma vaxtına, keyfiyyətcə orijinala uyğunluğu və alınmış verilənlərin ölçüsünə görə, mümkün variantlardan ən yaxşısı axtarılır. Bir qayda olaraq, nəticənin "gözəyarı", praktik olaraq orijinaldan fərqlənməməsi tələb olunur. Ancaq nəticələri böyük səmərə verir. Fraktal sıxılmış görüntünün qablaşdırmadan açılmasına sərf olunan vaxt, qablaşdırmaq üçün sərf olunan vaxtdan qat-qat azdır. Bəzən fraktal təsvir yaddaşda öz orijinalının 100 və daha çox dəfə az yer tutur. Bundan başqa fraktalları detalların itgisi olmadan və əlavə detallar (artefaktlar) olmadan çox asan miqyaslaşdırmaq olur. Lakin həmişə olduğu kimi, əksər fraktal sıxılma alqoritmləri patentləşdirilib və onlardan proqramlarda sərbəst istifadəyə icazə verilmir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Uşaqlar üçün ensiklopediya. İnformatika. Bakı, Şərq-Qərb, 2008, 616 s.