Frankın binası (Taqanroq)

Frankın binasıRostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 37 ünvanında yerləşən bina. Bina 1857-ci ildə inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti ideal vəziyyətdədir. Bina Otto Germanoviç Pfeyliser-Frankın vəsaiti ilə inşa edilmişdir.

Frankın binası
rus. Дом Франка (Таганрог)
Xəritə
47°12′36″ şm. e. 38°56′26″ ş. u.HGYO
Ölkə  Rusiya
Şəhər Taqanroq
Tikilmə tarixi 1857

1857-ci ildə inşa edilən, Qreçeskaya küçəsi ev 37 ünvanında yerləşən bina Otto Germanoviç Pfeyliser-Frankın vəsaiti hesabına inşa edilmişdir. Bina bir mərtəbədən ibarətdir. O, İmperator quruqoşunları kadetində təhsil almışdır. Hansı ki, burada 1794 - 1797 illərdə bu təhsil mərkəzinə Mixail İllarionoviç Kutuzov rəhbərlik etmişdir. 1812-ci ildə Borodino çölündə baş vermiş döyüşdə kavalyer hücumlarının birində Otto Germanoviç Pfeyliser-Frank yaralanmışdır. Bu zaman o, Müqəddəs Vladimir ordeninin dördüncü dərəcəsinə layiq görülmüşdür. Frank hətta Brienn və La-Potere döyüşlərində belə iştirak etmişdir. O, hətta Napoleona qarşı baş vermiş döyüşdəki cəsarətinə görə Müqəddəs Anna ordeninin 2-ci dərəcəsi ilə təltif edilmişdir.

Odessada o, Puşkinin ən yaxın çevrələrondən biri hesab edilirdi. Rusiya dövləti tərəfindən xarici işlər nazirliyinin əməkdaşı olaraq Rusiyanın cənubuna göndərilmişdi. 4 iyun 1832-ci ilfə o, Rostov, Naxçıvan, Mariupolun şəhər rəisi elan edilmişdir. Üstəlik Azov dənizində dəniz ticarətinin əsas rəhbəri və Taqanroq gömrük dairəsinin rəisi vəzifələrini daşıyırdı. Onun başçılığı altında Taqanroq şəhərinin baş planı işlənmişdir. Onun üçün Qreçeskaya küçəsi 38 ünvanında bina inşa edilmişdir.

1900-ci illərdə bina saray məsləhətçisinin həyat yoldaşı Anna İvanoviç Arakansevnanın mülkiyyətində olmuşdur. Sonradan isə binanın sahibi Mark Afanasieviç Valno olur[1]. Sovet hakimiyyəti illərində bina milliləşdirilmişdir.

1919-cu ildə binada ağların ordu komandanı Anton İvanoviç Denikinin mənzili yerləşirdi. Böyük Vətən müharibəsindən sonra binada «Yaqoda» uşaq bağçası yerləşirdi. Hazırda isə inzibati bina kimi istifadə edilir.

Arxitektur xususiyyətləri

[redaktə | mənbəni redaktə et]

Bir mərtəbədən ibarət olan bina Qreçeskaya küçəsi ev 37 ünvanında yerləşir. Bina kərpiçdən inşa edilmişdir. Qreçeskaya küçəsi və Nekrasov xiyabanına altı pəncərə açılır. Fasadı qara suvaqla üzlənmişdir. Boz rıngə boyansada, dekor elementləri ağ rəngdədir. Mərtəbələr arasında karnizlər yerləşir[2].

Гаврюшкин О. П. По старой Греческой... (Хроника обывательской жизни). — Таганрог: Лукоморье, 2003. — 514 с. — ISBN 5-901565-15-0.

  1. "Вальяно Марк Афанасьевич". 2016-05-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-03-18.
  2. Глазычев В. Л. Архитектура. Энциклопедия. — М.: Дизайн. Информация. Картография; Астрель; АСТ, 2002. — 672 с. — ISBN 5-17-005418-1.