Fransız Erməni Legionu

Fransız Erməni Legionu əsgərləri

Fransız Erməni Legionu — Şərq Legionu lahiyəsi Birinci Dünya müharibəsinin ortalarında Fransız ordusunda mövcud olan əsgər çətinliyinə həll tapmaq məqsədi ilə yaradılmışdır. Xüsusilə döyüşün ilk iki ilinin sonunda Fransız ordusunun seçmə birliklərinin Fransa-Almaniya sərhədində edilən döyüşlərdə ciddi itkilərə uğraması nəticəsində Fransız hökuməti Orta şərqdəki döyüş siyasəti üçün Fransız birliklərini istifadə etmək yerinə, bölgədə yaşayan və ortaq nöqtəsi Osmanlı hakimiyyətinə qarşı çıxmaq olan ünsürləri istifadə etməyi seçmişdir. Bu səbəblə əvvəllər Cebel Musa Ermənilərindən mütəşəkkil olması planlanan Şərq Legionuna Ermənilərdən başqa həm də xristian Suriyalılar və Livanlılar da daxil edilmişdir. Bu birliklər ilk olaraq Misirdə Port Səiddə toplanmış, daha sonra buradan Kiprdə qurulan düşərgəyə daşınmışlar.[1].

Fransa yalnız Orta şərqdəki Erməni və Suriyalıları deyil, on doqquzuncu əsr boyunca və iyirminci əsrin başında Amerika qitəsinə köç edərək burada güclü diaspor təsis etmiş olan Erməni və Suriyalıları da qiymətləndirməyi nəzərdən keçirirdi. Bu səbəblə Amerikaya göndərilmək üzrə Erməni və Suriyalı nümayəndələri meydana gətirmiş, bunların bütün xərclərini qarşılayaraq Amerikada təbliğat fəaliyyətlərinə girişməsinə vəsilə olmuşdur.

Şərq Legionu üçün Cənubi Amerikadan könüllü toplanması işləri Erməni və Suriyalı nümayəndələrinin işlərinə baxmayaraq Fransanın istədiyi səviyyədə reallaşmamışdır. Bunun ən əhəmiyyətli səbəbləri Şərq Legionunun hüquqi quruluşunun kifayət qədər oturdula bilməməsi, Legiona daxil olan əsgərlərin təqaüdçülük və təzminat haqqlarının digər Fransız əsgərlərinə görə daha alt səviyyədə olmasının yaratdığı problemlər və ən əhəmiyyətlisi Latın Amerikada olan Erməni və Suriyalı birliklərinin aralarındakı qarşıdurmalardır. Bu qarşıdurmalar yalnız Latın Amerikadakı birliklər arasında deyil, eyni zamanda Legionu meydana gətirən Erməni və Suriyalı əsgərlər arasında da mövcuddur.

1916-cı ildə təsis edilən Şərq Lejyonu 1918 ili sonlarında Mondros Sülhü hökmlərin tərəfindən Kilikya bölgəsini işğal etmək üzrə Fransız ordusu ilə birgə bölgəyə gətirilmişdir. Ancaq xüsusilə Erməni Lejyonuna mənsub legionerlər intizamsızlıqları və itaətsizlikləri ilə Fransız və İngilis zabitlərin reaksiyasını çəkmişdir. Bu legionerlər tez-tez birliklərindən fərarilik edərək ətraf kəndlərdəki Müsəlman xalqa istiqamətli hücumlar reallaşdırmışlar, qəsb, talan və qırğın kimi fəaliyyətlərə girişmişlərdir. Bütün bu hücumlar Osmanlı arxiv sənədlərində olduğu qədər Fransız arxiv sənədlərində də ifadə edilmişdir. Legionerlərin itaətsizliyi bəzən Fransız ordusuna qarşı üsyan etməyə qədər varmış, bu üsyançılar cəzalandırılaraq Port Səidə geri göndərilmişdir.

1918 sonlarında Adana və ətrafında başlayan Fransız işğalı 1919-cu ilin Sentyabr ayında İngiltərə və Fransa arasında imzalanan Suriya İtilafnamesi nəticəsində İngilis birliklərinin Antep, Urfa və Maraşdan çəkilmələri ilə bu bölgələrə qədər yayılmışdır. Ancaq Adananın işğalı əsnasında hələ milli şüur kifayət qədər oyanmadığından mütəşəkkil ola bilməyən Türk reaksiyası bu işğallar əsnasında olduqca sıxdır. Necə ki Adananın işğalından Antep, Urfa və Maraşın işğalına qədər keçən müddət ərzində Mustafa Kamal Samsuna keçərək milli müqaviməti təşkilatlandırmağa başlamış, 23 Aprel 1920də Böyük Millət Məclisini yığaraq müqavimət hərəkətini koordinasiyalı bir hala gətirməyə başlamışdır. Milli şüurun oyanışı Fransız işğalına qarşı şiddətli bir reaksiyaya səbəb olmuş, Kuvvanı Milliyə bu bölgələrdəki müqaviməti ilə Fransız ordusunu bir çox dəfələr püskürtməyi bacarmışdır.

20 Oktyabr 1921 tarixində Fransa ilə Türkiyə Böyük Millət Məclisi Hökuməti arasında imzalanan Ankara Andlaşması Şərq Legionunun varlıq səbəbini ortadan qaldırdığı üçün Legionun varlığına son verilmiş, Kiprdəki düşərgələr bağlanılaraq legionerlər Fransaya geri göndərilmişdir. Beləliklə Birinci Dünya Döyüşü və sonrasında Orta şərqin ən böyük muzdlu əsgər qruplarından biri olan Şərq Legionu tarixin qaranlıq səhifələrindəki yerini götürmüşdür.[2][3]

  1. "Армянский легион: история разочарования". 2022-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-09-27.
  2. "Armenian Legion to be Featured in ALMA Exhibit". 2008-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.
  3. "Armenian Homeland". 2011-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2009-10-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]