"Fransa Hərəkatı" (fr. Action française [AF]) — Fransada burbonların Orlean qolunu dəstəkləyən milliyətçi və monarxist siyasi təşkilat.[1] Üçüncü Fransa Respublikası dövründə populyar idi.
Fransa Hərəkatı | |
---|---|
Quruluş tarixi | 20 iyun 1899 |
İdeologiya | Avropa skeptisizmi, desentralizasiya, kollektivist millətçilik |
Saytı | actionfrancaise.net |
Vikianbarda əlaqəli mediafayllar |
8 aprel 1898-ci ildə Henri Vojua və Moris Püjo seçkilərdə iştirak etmək məqsədilə "Fransa Hərəkatı Komitəsi"ni yaratmışdılar. Seçkilərdəki məğlubiyyətdən sonra, 19 dekabr 1898-ci ildə Moris Pujo "L'Eclair" qəzetində fransızlara müraciətlə "Fransa Hərəkatı" başlıqlı məqalə dərc etmişdir.[2]