Fransa Prezidenti və ya rəsmi olaraq Fransa Respublikasının Prezidenti (fr. Président de la République Française) — fransızların seçdikləri dövlət başçısı.
Fransa Respublikasının Prezidenti | |
---|---|
Président de la République française | |
| |
Vəzifədədir Emmanuel Makron 14 may 2017-ci ildən | |
Başçılıq edir | Fransa |
Müraciət forması |
Cənab Prezident (qeyri-formal) Zati-aliləri (beynəlxalq sahədə) |
Rəsmi iqamətgahı | Yelisey sarayı, Paris |
Səlahiyyət müddəti | 5 il |
Vəzifənin təsis tarixi |
20 dekabr 1848 31 avqust 1871 16 yanvar 1947 |
Vəzifədə birinci | Lui-Napoleon Bonapart |
Rəsmi saytı | http://www.elysee.fr |
Vikianbarda əlaqəli mediafayllar |
Fransanın beş respublikasından dördünün dövlət başçısı kimi prezidentləri olub. Fransa konstitusiyasının hər nəşrində prezidentlərin səlahiyyətləri, rol və vəzifələri və Fransa hökuməti ilə münasibətləri fərqlinir.
1965-ci ildən etibarən respublika prezidentinin seçilməsi birbaşa və ümumxalq olmuşdur (qanun 1962-ci ildə dəyişdirilmişdir).2002-ci ilə qədər (qanuna 2000-ci ildə düzəliş edildi), prezidentlik müddəti 7 il (fr. septennat), sonra 5 il (fr. quinquennat) edilmişdir.
2008-ci ilin mayında dövlət başçısının təklifi ilə hakimiyyət institutlarının islahatı komissiyası prezident səlahiyyətlərinin müddətinin konstitusiya dəyişiklikləri sayına məhdudlaşdırılması barədə nota daxil etdi. Qanunun yeni variantında dəyişiklik aşağıdakı kimidir: "Heç kim ardıcıl olaraq iki dəfədən çox prezident vəzifəsinə seçilə bilməz."
Hal-hazırda, Respublika Prezidenti, 14 may 2017-ci il tarixindən etibarən beş illik müddətə vəzifəyə başlayan, Fransa Respublikasının 25-ci prezidenti və 24-cü prezidenti Fransua Ollandın ardınca gələn Emmanuel Makrondur.
Prezident iqamətgahı - Parisdəki Yelisey sarayıdır. Ayrıca, rəsmi iqamətgah statusunda Rambuye qalası, Parisdəki "Otel Marinyi" və Var departamentindəki Fort Breqanson qalasıdır.
Fransa prezidentləri De-yure olaraq Andorra knyazları və "Fəxri Legion" ordeninin qrossmeysterləridir.