Fransa mətbəxi

Fransa mətbəxi (fr. Cuisine française)-Fransada inkişaf etmiş, zənginliyi və müxtəlifliyiylə məşhur, yemək bişirmənin bədii istiqamətini ön plana çıxaran bir milli mətbəxdir.[1] Fransa mətbəxinin mənşəyi Orta əsrlərə uzanır. Fransanın Fransa inqilabı sonrasında Koloniləşmə dövründə dünya səhnəsindəki qazandığı gücüylə mütənasib olaraq inkişaf etmişdir.

Yeməyi yaxşı bilənlərin bir çoxlarının fikrinə görə, fransız mətbəxi dünyada ən yaxşılardan biridir.[2][3][4][5] Bu mətbəx millətin mədəniyyəti ilə ayrılmaz olaraq bağlıdır.[6] Fransız mətbəxi aşpazlığın beşiyi və aşpazlar üçün bir cənnətdir. Bu mətbəxin bütün dünyadakı şöhrəti onu göstərir ki, təhsil səviyyəsindən və sosial mənşəsindən asılı olmayaraq bütün fransız xalqı yemək mövzuları haqqında ətraflı danışa bilər. Adi fransız üçün aşpazlıq gundəlik həyatın ayrılmaz elementidir və nəzakət qaydalarının məhz fransızlar tərəfindən yaradılması sadə bir təsadüf deyil.[7][8]

Bu xörək Provansdan, daha dəqiq, Nitsadandır. Tərəvəzlər ratatuyun əsas inqrediyentləridir. Pomidor, soğan, badımcan, sukkini və bibər bu yeməyin əsasıdır. Bu dadlı raqu həm ayrıca, həm də başqa yeməklər ilə qarnir kimi çox yaxşıdır.[9]

Fransız aşpazlıq həzzləri

[redaktə | mənbəni redaktə et]

Digər milli mətbəxlər kimi də, fransız mətbəxi də adları çəkilən kimi iştaha açan delikateslər ilə məşhurdur. Digər tərəfdən, bəzi fransız xörəkləri ancaq onların dadına baxandan sonra xoşunuza gələ bilərlər, məsələn, içalat kolbasası. Buna baxmayaraq, əgər fransız mətbəxinin ən səciyyəvi xüsusiyyəti seçilməli olsaydı, bu, şübhəsiz ki, baget olardı. Fransız xalqının çörəyə səciyyəvi yanaşması bagetin məşhurluğuna, əlbəttə ki, təsir göstərib. Demək olar ki, hər xörək baget ilə yeyilir.[9]

Eskarqo fransız mətbəxində öz populyarlığı üçün "Fransız mətbəxinin incəsənəti" kitabının müəllifi Antuan Karemə borcludur. Bu yağ, sarımsaq və cəfəri ilə bişirilmiş kiçik ilbizlər elə populyar olub ki, xüsusi eskarqo boşqab və maşası işləyib hazırlanmışdır. Bu boşqab və maşa ilbizi qaynar qabıqdan çəngəllə çıxardanda qabığı saxlamağa imkan verir. Eskarqo sevənlər bu xörək bişirmə prosesinin mürəkkəbliyini bəzən anlamır. İlbizlər orqanizmi qida qalıqlarından təmizləmək üçün 10 günlük ac qalırlar. Bundan sonra onları yuyurlar və üç dəfə növbə ilə qaynadırlar və soyudurlar. Soyudulandan sonra ilbizləri sterilləşdirilmiş və sarımsaqlı kərə yağı ilə yağlanmış qabıqlara qoyurlar və boşqaba düzürlər[10].

Pendirin zənginliyi

[redaktə | mənbəni redaktə et]

Fransanın ağlasığmaz regional müxtəlifliyi, misilsiz hava şərtləri və landşaft, həmçinin ev heyvanı növlərinin çoxluğu 370-ə yaxın pendir növünün sayında əks olunub. İstehsal yolundan asılı olaraq, aşağıdakı pendir növləri olur: təzə pendirlər, ağ kiflə örtülmüş yumşaq pendirlər, qabığı soyulan pendirlər, mavi pendirlər, keçi pendiri, yetişmiş və yetişməmiş preslənmiş pendirlər. Pendir fransız yeməklərinin ayrılmaz hissəsidir və səhər yeməyi və nahar zamanı kəsmə taxtasında süfrəyə verilir.[11]

Fransızlar şərabı su, süd, çay və ya pivə əvəzinə içirlər. Onlar üçün zərif yeməklər yeyəndə azı bir stəkan şərab içməmək çətin olardı. Adətən, daha az tanınmış şərab markaları istehlak olunur, çox vaxt bu, kiçik yerli üzüm bağından olan şərabdır. Daha çox tanınmış şərab markaları bayram günlərində içilir. Rəylərə əsasən, orta fransız hər il bu nəcib içkinin 100 litrini içir.[12]

Gündəlik menyu

[redaktə | mənbəni redaktə et]

Fransızlar hər xörək üçün ərzaqları böyük diqqətlə seçirlər, onların menyusu bayramdan, onun əhəmiyyətindən, günün vaxtından və ya sadəcə aşpazın şıltaqlığından ya da təsəvvüründən asılıdır. Yemək vaxtı regiondan-regiona olaraq fərqlənir. Adətən, qəhvə, çay və ya isti şokoladla cemli kruassandan ibarət olan səhər yeməyi səhər saat 7 ilə 9 arasında süfrəyə verilir. Lanç günorta yeyilir, şorba ilə başlanan nahar isə axşam təqribən saat 8-də süfrəyə verilir.[13][14]

Fransız mətbəxi tərəvəzlərdən tez-tez istifadə etməsi ilə xarakterizə olunur: kartoflar, qabıqlı lobya, bütün növ soğanlar, ispanaq, kələm, pomidor, badımcan, kərəviz, göbələklər – bütün bunlar appetayzerlərin (iştaha açıcıların), əsas yeməklərin və qarnirlərin əsasıdır. İlkin yemək adətən sup olur, ən məşhuru isə kəvər sup-püredir. Əsas yemək qrildə hazırlanmış ətdir – adətən, mal əti, dana əti, qoyun əti, quşçuluq məhsulları və ya maral əti, onlar nadir hallarda donuz əti yeyirlər – kərə yağı, kəklikotu, tərxun, kervel, reyhan, cəfəri, dəfnə yarpağı, darçın, mixək, zəfəran, cövüz, zəncəfil, cirə və ya digər ekzotik ədviyyatlar ilə dad qatılır və qrildə hazırlana bilən tərəvəz qarnirləri ilə süfrəyə verilir. Onlar ətin, tərəvəzlərin və ədviyyatların mükəmməl kombinasiya və proporsiyasına nail olmağa diqqət yetirirlər. Fransızlar yaxşı yeməyi necə hazırlamağı və yeməyi bilirlər, onların mətbəxi sağlam pəhriz üçün güclü əsasdır, çoxlu meyvələrdən və sağlam şəkildə hazırlanmış tərəvəzlərdən ibarətdir. Onlar yaxşı qidanı yeməyi və yaxşı görünməyin sirrini tapa biliblər: Onlar tələsmədən yeyir, qidanın tamından həzz alırlar.[15]

  1. "Fransa mətbəxi". 2008-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-03.
  2. "10 traditions de Noël françaises - Cheznoscousins.com". 30 December 2014. 9 October 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 July 2017.
  3. "Archived copy". 9 oktyabr 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 6 oktyabr 2016.
  4. [1] [ölü keçid]
  5. "LES FETES DE NOEL EN FRANCE". referat.clopotel.ro. 11 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2017.
  6. Wheaton, Barbara Ketcham. Savoring the Past: The French Kitchen and Table from 1300 to 1789. New York: First Touchstone. 1996. ISBN 978-0-684-81857-3.
  7. Bon appétit: Your meal is certified by the UN Arxivləşdirilib 2010-11-20 at the Wayback Machine Dallas Morning News
  8. UNESCO. "Celebrations, healing techniques, crafts and culinary arts added to the Representative List of the Intangible Cultural Heritage". UNESCO. 2010-11-16. 2011-01-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-06-04.
  9. 1 2 Spang, Rebecca L. The Invention of the Restaurant, 2nd Ed. Harvard University Press. 2001. ISBN 978-0-674-00685-0.
  10. Fodor's. See It. France. 2nd ed. New York: Fodor's Travel Publications. 2006.
  11. Imported crayfish are unrestricted, and many arrive from Pakistan.
  12. "French Country Cooking." Arxiv surəti 18 iyun 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 18 iyun 2011 at the Wayback Machine French-country-decor-guide.com Arxiv surəti 3 iyul 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 3 iyul 2011 at the Wayback Machine. Accessed July 2011.
  13. Dominé, André. Culinaria France. Cologne: Könemann Verlagsgesellschaft mbh. 2004-08. ISBN 978-3-8331-1129-7.
  14. Boudou, Evelyne; Jean-Marc Boudou. Les bonnes recettes des bouchons lyonnais. Seyssinet: Libris. 2003. ISBN 978-2-84799-002-7.
  15. France stages first-ever Gastronomy Day Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine Radio France Internationale in English

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]