Fransua Pöti de La Krua (fr. François Pétis de La Croix, 1653[1][2][…], Paris – 4 dekabr 1713[1][3][…], Paris)—fransız şərqşünası.
Fransua Pöti de La Krua | |
---|---|
fr. François Pétis de La Croix | |
Doğum tarixi | 1653[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 4 dekabr 1713[1][3][…] |
Vəfat yeri | |
İş yeri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Fransız şərqşünası Pöti dö la Krua 1653-cü ildə Parisdə anadan olub, 1713-cü ildə orada vəfat etmişdir. Fransanın xarici işlər naziri Şarl Kolber tərəfindən Şərqə göndərilən Pöti dö la Krua Misirdə, İranda olmuş, sonra İstanbula gələrək Kiçik Asiyanı qarış-qarış gəzmişdir. Səyahət zamanı xalqların adət-ənənələrini, ədəbiyyat və incəsənətini dərindən öyrənmiş, əlyazmalar toplayıb Fransa Kral kitabxanasına gətirmişdir. Vətənə qayıdandan sonra Fransa dənizçilik nazirliyində tərcüməçi işləmişdir. 1692-ci ildə "Kollej Ruayal"da ərəb dili üzrə professor, bir neçə ildən sonra atasının vaxtilə kral sarayında tutduğu katib-tərcüməçi vəzifəsinə seçilmişdir. "İran sultanlarının və vəzirlərinin tarixi" (Paris, 1707), "Min bir gecə" (Paris, 1710–1712) əsərlərinin müəllifidir. Atası Pöti Fransua məşhur fransız şərqşünası və alimi olub. 1622-ci ildə Parisdə anadan olmuş, 1695-ci ildə orada vəfat etmişdir. İngilis mənşəli ailədə doğulmuşdur. Əmisinin yanında türk dili üzrə katib-tərcüməçi işləmişdir. O, "Fransanın tarixi"ni türk dilinə tərcümə etmişdir. 1710-cu ildə "Böyük Çingiz xanın tarixi" kitabını yazmışdır. Peti Fransua "Türkcə-fransızca" və "Fransızca-türkcə" lüğətlərin müəllifidir. Bundan əlavə, kral kitabxanasında olan türk və fars əlyazmalarının kataloqunu tərtib etmişdir. Bu kataloq və lüğətlər bizim üçün dəyərli mənbələrdir. Tədqiqatçının oğlu Fransua Pöti dö la Krua atasının təsiri altında şərqşünaslıqla məşğul olmuş, XVII əsrdə Fransada bir şərqşünas kimi məşhurlaşmışdır. O, "Min bir gecə" nağıllarını fransız dilinə tərcümə etmişdir. Şərq folkloru ilə maraqlanan Pöti dö La Krua 1712-ci ildə Parisdə Şərq nağıllarını "İran nağılları" başlığı altın-da fransızca nəşr etdirmişdir. Peti dö la Kruanın nəvəsi Aleksandr Lui Mari (1698–1751) də şərqşünas idi. De La Krua nəsli şərqşünaslıqla məşğul olur, o cümlədən Azərbaycan ədəbiyyatı ilə də maraqlanırdı. Peti dö La Krua Nizami Gəncəvinin "Yeddi közəl" poemasından gözəllərin Bəhrama söylədikləri hekayətlərdən (nağıllardan— Ə. Ç.) ikisini "İran nağılları" kitabına daxil etmişdir. "Xeyir və Şər" hekayəti Fransada daha tez yayılmışdır. Bəhramın saraya topladığı yeddi şahzadə qız, hərəsi bir fantastik rəvayət söyləyir. hekayətlər şahı əyləndirməklə bərabər, onu tərbiyələndirir, şəhvətdən uzaqlaşmağa, saf məhəbbət aşiqi olmağa çağırır. Nizami Gəncəvinin tərbiyəvi ideyaları Şərqşünas alimin, diqqətini cəlb etmiş, o, şairin əsərlərindəki bəşəri süjetləri fransız ədəbiyyatına gətirmişdir.