Fransua de Laroşfuko, VI Fransua, Roşfuko hertsoqu (fr. François VI, duc de La Rochefoucauld, 15 sentyabr 1613[1][2][…], Paris – 17 mart 1680[3][2][…], Paris, Fransa) — Fransa yazıçısı və əxlaq vaizi. Özünün "Əxlaq qaydaları" (Maximes) əsəri ilə tanınır. Qədim zadəgan ailəsində doğulub. Gəncliyində orduda xidmət edib. Sent-Antuan döyüşündə yaralanıb.
Fransua de Laroşfuko | |
---|---|
fr. François de La Rochefoucauld | |
Doğum tarixi | 15 sentyabr 1613[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 17 mart 1680[3][2][…] (66 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | memuarçı, yazıçı, hərbi qulluqçu |
Əsərlərinin dili | fransız dili |
Tanınmış əsərləri |
|
Mükafatları | |
Fransua de Laroşfuko Vikimənbədə | |
Vikianbarda əlaqəli mediafayllar |
Bundan sonra Laroşfuko özünün "Düşüncələr" və "Xatirələr" adlı əsərlərini yazmağla məşğul olub. Dövrünün Buaro, Rasin, Molyer kimi görkəmli adamların yaxın dostu olub. "Düşüncələr" əsərində insanın hərəkət və münasibətlərinin eqoizmdən doğduğunu, insanın öz ehtiraslarının əsiri olduğunu, onun hərəkətlərinin ağıl və düşüncə ilə deyil, şəxsi mənafe hissləri ilə idarə olunduğunu qeyd edir. Laroşfukoya görə sosial qanunlarla insan təlabatının qanunları uyğun gəlmir. Nəticədə, insanlar arasında bu qədər ikiüzlülük hökm sürür və ümumiyyətlə bütün xeyirxah əməllər insanların bəd niyyətlərinin maskalanmır ifadəsidir. Laroşfuko əsərləri üzərində dönə-dönə işləyib. O aforizmləri ilə insanın öz-özünü tanımasına kömək etmək istəyir. Ona görə başqasının bizim haqqımızda dediklərinə dönə-dönə qulaq asmaq lazımdı.
Çünki, dünyada bunu heç kim istəmir və xoşlamır. Bununla da eyblər çoxalır və dərinləşir. Saxtakarlıq həqiqət donunda hər yanda hökm sürür. Buna görə hamı maska taxıb yaşayır. Xeyirxah sözlər kimin dilində çoxsa, birinci saxtakar odur. Laroşfuko yazır ki , insanların sözdə özlərini ədalətli göstərməsi əslində onların ədalətsiz əməllərini ört-basdır etmək üçündür. O, yazır ki , öz xeyirxah əməlini yaymaq cəzasız şər əməllər törətmək vasitəsidir. Laroşfukoya görə insanların ən böyük bəlası onların özlərini sevməsi, özlərinə aşiq olmalarıdır. Bu cəhətdən istisna təşkil edən adam tapmaq çətindir. Laroşfuko Avropa fəlsəfəsində moralist pessimizmin acdadlarından biridir.