Frederik Antal

Frederik Antal (mac. Antal Frigyes; 21 dekabr 1887[1], Budapeşt4 aprel 1954[1], London[1]) — macar sənətşünas.

Frederik Antal
mac. Antal Frigyes
Doğum adı Adler Frigyes
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (66 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Milliyyəti Macar
Təhsili Hüquq, Sənətşünas

Həyatı[redaktə | mənbəni redaktə et]

21 dekabr 1887-ci ildə Budapeştdə Yəhudi əsilli Macar ailəsində anadan olmuşdur. Ali məktəbi hüqüqşünas ixtisası üzrə bitirdikdən sonra, Frederik Antal sənətşünaslıq ixtisasına yiylənmək qərarına gəlmişdir. 1914-cü ildə Vyanada Maks Dvorakın rəhbərliyi altında sənətşünaslıq sahəsi üzrə doktorluk dissertasiyasını müdafiə etmişdir. Univeristet illərində o, Bila Balaj, Görgi Lukaz və başqaları tərəfindən formalaşdırılan “Bazar günü dairəsi”[2] adlı intellektual qrupun üzvlərindən biri idi.

Karyerası[redaktə | mənbəni redaktə et]

Frederik Antal öz karyerasına 1914-cü ildə  Budapeşt Milli İncəsənət Muzeyində könüllü olaraq başlamışdır. 1919-cu ildə o, muzeyin idarə heyətinin sədri vəzifəsinə təyin olunsa da, bir neçə ay sonra Macarıstan Sovet Resprublikasının dağılması ilə ölkəni tərk etmişdir. 1923-cü ilə qədər İtaliyada yaşadıqdan sonra Berlinə köçərək burada “Sənətşünaslıq ədəbiyyatı haqqında mühüm məlumatlar “ adlı qəzetin redaktoru vəzifəsində çalışmışdır. Lakin Nasist partiyasının Almaniyada yüksəlməsi ilə başlayan qarışıqlıq nəticəsində Frederik Antal yenidən yaşadığı ölkəni tərk etmək məcburiyyətində qalmışdır. 1933-cü ildə İngiltərədə məskunlaşan Antal London Universitetinin təklifi ilə burada Sənətşünaslıq fənnindən dərs deməyə başlamışdır. 1954-cü ilin aprel ayının 4-də London şəhərində vəfat etmişdir.[3]

Seçilmiş əsərləri[redaktə | mənbəni redaktə et]

  • Florensiya rəssamlığı və onun sosial dayağı, 1948 (Florentine panting and its social backround )
  • Hoqart və onun Avropa incəsənətində yeri, New York, 1962 (Hogarth and his Place in European Art)
  • Klassizm və Romantizm, sənət tarixində digər araşdırmalarla birlikdə, London, 1966 (Classicism and Romanticism, with Other Studies in art history)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 Dictionary of Art Historians (ing.).
  2. "Georg Lukács and His Generation". 2023-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-04.
  3. "Antal, Frederick". 2018-11-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-12-04.