Friqana

Friqana (lat. phryqanon-çırpı) — əsasən Aralıq dənizi ölkələrində yayılmış efemerlər olan kserofit tikanlı kol və yarımkollardan ibarət şiblək qrupudur.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Azərbaycan respublikası üçün friqana xarakterik deyildir. Lakin dağətəyi zonada bitki örtüyünün məhv olması, yamaclarda hədsiz mal-qara otarılması nəticəsində friqana tipli şibləklər yaranır. Belə bitki qruplaşması əsasən arid meşələrin antropogen deqradasiyasının son mərhələsi sayılır. O, seyrək bozqır və yarımsəhra ot bitkisi fonunda tək-tək və qrup halında açılıq, gəvən, pallas murdarçasından ibarət olur, bəzən orda-burda ardıc, dağdağan, iydəyarpaq armud və saqqızağacına da təsadüf edilir.[1]

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]