Frunze küçəsi (Taqanroq)

Frunze küçəsi (rus. Улица Фрунзе) — Taqanroq şəhərində yerləşən küçə. Şəhərin qədim hissəsində yerləşir.

Coğrafiyası[redaktə | mənbəni redaktə et]

Frunze küçəsində Ukrayna xiyabanından başlayır və 1-ci Bulvarnı xiyabanına qədər uzanır. Küçə 3590 metr məsafədə uzanır. Nömrələnmə Ukrayna xiyabanından başlayır. Tramvay xətti Vostaniya meydanından Turqenevski xiyabanına[1] qədər uzanır.

Tarix[redaktə | mənbəni redaktə et]

1866-cı ildə küçə Katoliçeskaya adlanırdı. Bu isə 1810-cu ildə inşa edilən katolik kilsə ilə əlaqədar olmuşdur. 1866 - 1923-cü illər ərzində küçə Nikolsyevsk adlandırılırdı. Nilolay Aleksandroviç 1863-cü ilin avqustunda ölümünə 1 yaş yarım qalmış Taqanroqda olmuşdur[2]. 1923-cü ildə küçə inüilabçı Davidov Troskinin şərəfinə adlandırılmışdır. 1927-ci ildə o, xalq düşməni elan edildiyindən Mixail Vasileviç Frunzenin adı ilə adlandırılmışdır.

Küçədə yerləşir[redaktə | mənbəni redaktə et]

  • Faina Qeorqievna Ranevskayanın qaldığı bina — Frunze küçəsi, 10 (Nikolayevsksaya, 12);
  • Taqanroq idarəetmə və iqtisadiyyat institutu (Ter-Arutyunov binası) — Frunze küçəsi, 16;
  • Karaspasovun binası (Arxitektur abidə) — Frunze küçəsi, 18;
  • Rafailoviç binası (Arxitektur abidə) — Frunze küçəsi, 20;
  • Drossinin binası (Arxitektur abidə) — Frunze küçəsi, 22;
  • Dreviskinin binası (Arxitektur abidə) — Frunze küçəsi, 23. '2002-ci ildə dağılmışdır';
  • Rabinoviçin binası (Arxitektur abidə) — Frunze küçəsi, 24.
  • Apostolopulo (Arxitektur abidə) — Frunze küçəsi, 26.
  • Şimanovskinin binası - Arxitektur abidə, 31.
  • Fizioterapiya xəstəxanası — ул. Frunze küçəsi;
  • Taqanroq poçtamtı — Frunze küçəsi, 38;
  • № 10 məktəb — Frunze küçəsi, 40;
  • Taqanroq tarix-diyarşunaslıq muzeyi — Frunze küçəsi, 41;
  • «Gənc müttəxəsislər» evi — Frunze küçəsi, 43;
  • Aktyor binası — Frunze küçəsi, 55[3];
  • Qorski adına mərkəzi kitabxana — Frunze küçəsi, 58;

Abidələri[redaktə | mənbəni redaktə et]

  • Faine Ranevski abidəsi — Frunze küçəsi, 10 (əvvəllər Nikolayevski küçəsi, 12);
  • «Merkuri» abidələr kompazisiyası — «Raduqa» bazarına çıxışın mərkəzində.

Maraqlı fakt[redaktə | mənbəni redaktə et]

  • Bu bu küçə «Kolaevaya» mahnısında vurğulanır: «Adətdir, adətdir atam „Prima“ çəkir, yay / Frunze, 48 — hardasa, / Orada, elə bil, qış olmur…». Frunze küçəsində yerləşən binaların birində «Zveri» qrupunun üzvlərindən biri Roman Bilık yaşamışdır[4].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Энциклопедия Таганрога. — Таганрог: Антон, 1998. — 624 с. — ISBN 5-88040-017-4.
  2. Киричек М. С. По ладоням твоих площадей. — Таганрог: Лукоморье, 2007. — 166 с. — ISBN 978-5-902450-13-9.
  3. Кукушин В. С. История архитектуры Нижнего Дона и Приазовья Arxivləşdirilib 2014-03-08 at the Wayback Machine. — Ростов-на-Дону: ГинГо, 1996. — С. 121. — ISBN 5-88616-027-2.
  4. Рома Зверь Дожди-пистолеты. — М.: Росмэн-Пресс, 2006. — 256. — ISBN 5-353-02586-5.