Frying Pan (Frayin Pen kimi tələffüz olunur) ― Nyu-York şəhəri Manhetten borosunun Çelsi rayonundaki Pirs 66a-da quraşdırılan üzən mayak. O, 30 il ərzində Şimali Karolinadaki Keyp-Fir dili tərəfdə yerləşən eyni adlı barda istifadə olunmuşdur.
Üzən mayak 1929-1930-cu illərdə "Charleston Dry Dock & Machine" şirkəti tərəfindən 274.434 dollarlıq müqavilə qiymətinə istehsal edilmişdir.[1][2] Onun kili 30 yanvar 1929-cu ildə, suya endirilməsi 30 avqustda və təchiz olunması 8 aprel 1830-cu ildə baş tutmuşdur.[3] İşıq, səs və zəngdən başqa tikiliyə inşaat zamanı radiomayak və sualtı gəmi üçün siqnal zəngi quraşdırılmışdır.[4]
Frying Pan tədbirlər üçün icarəyə götürülə bilər. O, Nyu-Yorkda əyləncə mərkəzi olaraq tanınır.[5]