Fuad Əlizadə (Əlizadə Fuad Rəhim oğlu; d. 26 mart 1980, Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ) — Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi.
Fuad Əlizadə | |
---|---|
Əlizadə Fuad Rəhim oğlu | |
Vəzifədədir | |
13 mart 2014-cü ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan, Naxçıvan MSSR, Azərbaycan SSR, SSRİ |
Təhsili |
Azərbaycan Dillər Universiteti, Naxçıvan Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti |
|
|
Təltifləri | "Dövlət qulluğunda fərqlənməyə görə" medalı (2012) |
Fuad Əlizadə 26 mart 1980-ci ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur.
1996-2000-ci illərdə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsində təhsil almış, ingilis dili ixtisasına yiyələnmişdir.
2001-2005-ci illərdə Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində çalışmışdır.
2004-2006-cı illərdə Naxçıvan Dövlət Universitetini Pedaqoqika nəzəriyyəsi və tarixi fakültəsində təhsilini davam etdirərək magistr dərəcəsini almışdır.
2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunmuşdur.
2005-2007-ci illərdə əlavə təhsil olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə və kredit fakültəsində təhsil almışdır. 1 elmi məqalənin və 5-dən artıq məqalənin müəllifidir.
2005-2013-cü illərdə Azərbaycan Respublıikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentinin audit sektorunun müdiri vəzifəsində çalışmışdır.
14 noyabr 2013-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini vəzifəsində işləmişdir.
13 mart 2014-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsində çalışır.
Dövlət qulluğunun baş müşaviridi.
Rus və ingilis dillərində sərbəst danışır.
Evlidir, 2 övladı var.
Azərbaycan prezidenti cənab İlham Əliyevin 8 oktyabr 2012-ci il tarixli sərəncamı ilə əhalinin sosial müdafiəsi sahəsində səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.[1]