Fuad Axundov (alim)

Axundov Fuad Mirəli oğlu — H. Zərdabi adına Təbiət-Tarix Muzeyinin direktoru, biologiya elmləri namizədi.[1].

Fuad Axundov
Axundov Fuad Mirəli oğlu
Doğum tarixi 1970
Doğum yeri
Vəfat tarixi
Vəfat yeri Bakı, Azərbaycan
Atası Mirəli Axundov

F.M.Axundovun paleontologiya elminə olan marağı və təşkilatçılıq bacarığı onu laborantdan muzey müdiri (1970-1999) vəzifəsinə kimi yüksəltdi. Fuad müəllimin elmi fəaliyyətinin əsas istiqaməti kürəkayaqlıların tədqiqinə yönəldilmişdir. Bu mövzuda da elmi əsərlərin nəşrinə nail olmuşdur. O, 1967-ci ildə suitilərin yeni yarımfəslinin nümayəndələri mövzusunda namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə etmişdi. Təsvir olunan yeni taksonomik ranq dünya onurğalılar faunasına həsr olunan fundamental kataloqda öz əksini tapmışdır. O, kürəkayaqlıların əmələ gəlməsi, filogeniyası, yayılması, müxtəlif geoloji mərhələlərdə komplekslərinin dəyişilməsi, stratiqrafik korrelyasiyada istifadə olunması və s. məsələləri tədqiq etmişdir. F.M.Axundov 20-dən artıq elmi məqalə, elmi-tədqiqat hesabatının müəllifidir.

Fuad Axundov muzey sahəsini yaxşı bilən yüksək ixtisaslı mütəxəssisdir. Muzeyi yeni eksponatlarla zənginləşdirmək, ekspozisiyaları sistemləşdirmək və dünya muzeylərinin tələblərinə uyğun səviyyəyə qaldırmaqda səmərəli fəaliyyət göstərmişdir. O, çox prinsipial, özünə və ətrafdakılara qarşı tələbkar rəhbər, alim və ziyalı idi. Fuad Mirəli oğlu Axundov 1999-cu il aprel ayının 10-da vəfat etmişdir.[2].

  1. http://e-qanun.az/files/framework/data/9/f_9744.htm[ölü keçid]
  2. "Arxivlənmiş surət". 2021-10-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-09-02.