Fuad Səmədov

Fuad İbrahim oğlu Səmədov[1] — Fuad İbrahim oğlu Səmədov 1926-cı il iyul ayının 9-da Şamaxı şəhə­rində anadan olmuşdur.22 dekabr 1969-cu ildə Bakı şəhərində vəfat etmişdir.

Fuad Səmədov
Fuad İbrahim oğlu Səmədov
Doğum tarixi
Doğum yeri Şamaxı, Azərbaycan SSR, ZSFSR, SSRİ
Vəfat tarixi (43 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Fəaliyyəti neft mühəndisi[d]
Mükafatları "Lenin" mükafatı "Lenin" ordeni

1943-cü ildə onuncu sinfi əla qiymətlərlə başa vuran Fuad Səmədov Azərbaycan Sənaye İnstitutu­nun (indiki ADNA) geoloji-kəşfiyyat fakültə­sinə imtahansız qəbul olunur. O, 1944-cü ildə o vaxtlar ən böyük və şərəfli tələbə təqaüdü olan Stalin təqaüdü almağa layiq görülmüşdü.

Fuad 1949-cu ildə institutu fərqlənmə dip­lomu ilə bitirir. O, 1949-1952-ci illərdə Azərdənizneft Birliyinin kəşfiyyat qazma trestinin Gürgan qazma kontorunun baş geo­loqu, 1952-1960-cı illərdə Gürganneft (in­diki Neft Daşlan NQÇİ) trestinin baş geoloq və direktor müavini, 1960-1963-cü illərdə Azər­baycan Elmlər Akademiyasının Dərin neft və qaz yataqlan problemləri institutunun elmi işlər üzrə direktor müavini, 1963-1969-cu illərdə Başdənizneft İdarəsinin baş geoloqu vəzifələrində işləmişdir. Neftçi Geoloq, Azərbaycanın əməkdar mühəndisi, Lenin Mükafatı Laureatı(1961), Geologiya-Minerologiya elmləri namizədi(1960), Neft Daşları NMİ-nin baş geoloqu(1952-1960), Dənizneft İB nin baş geoloqu (1963-1969), "Neftaniye Kamni" monoqrafiyasının müəllifi(1959)

1949-cu ildə Azərbaycan Sənaye İnstitutunu bitirdikdən sonra Neft Daşlarında geoloq, Azərneftkəşfiyyat dəniz qazma idarəsində baş geoloq, Gürgəndəniz(indiki Neft Daşları) qazma idarəsində baş geoloq, 1952-ci ildən 1960-cı ilədək Neft Daşları neft mədən idarəsinin baş geoloqu vəzifəsində çalışmışdır. 1960-cı ildə F.İ. Səmədov Azərbaycan E.A.Dərin neft və qaz yataqlarının problemləri institutunda direktor müavini, 1961-1963-cü illərdə Başdənizneft idarəsində baş geoloq vəzifəsində işləmişdir. F.İ. Səmədov Neft Daşlarının Baş geoloqu işlədiyi zaman elmə xüsusi meyli olan mütəxəssisləri – Xoşbəxt Yusifzadə 1-ci mədənin, Ənvər Məmmədov 2-ci mədənin, Aslan Sultanov isə 3-cü mədənin böyük geoloqu təyin etdirmişdir. F.İ. Səmədovun Səngəçal-dəniz, Duvannı-dəniz, Bulla adasıBahar qaz-kondensat yataqlarının mənimsənilməsində böyük rolu vardır. O, Lenin Mükafatı Laureatı adına layiq görülmüş, 1959-cu ildə Qırmızı Əmək Bayrağı ordeni, 1966-cı ildə Lenin ordeni ilə təltif edilmişdir.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Neft Daşlarında işləyərkən Fuad Səmədovun günü mübarizədə keçirdi. Mübarizə kəşfiyyat buruğunda, laboratoriyada olmaqla yanaşı, həmkarları ilə mübahisələrdə də olurdu. Özünün söylədiyi fikri təsdiq etmək üçün o yuxusuz gecələr keçirərək, görkəmli geoloq-alimlərin əsərlərini təhlil etməli olurdu. Fuad Səmədov hələ 1948-ci ildə tələbə ikən çap edilmiş məqaləsi ilə elmi yaradıcılığz başlamışdır. İlk sanballı elmi əsəri isə Azərbaycan Elmlər Akademiyasınm "Xəbərlər" ində (11-ci nömrə, 1956-cı il) çap edilib. Məqalə Neft Daşlan yatağının lay sularının mənşəyi və kımyəvi tərkibinin öyrənilməsinə həsr edilib. O, 20 illik elmi-təcrübi və geoloqluq fəaliyyəti dövründə bir çox elmi konfranslarda, simpoziumlarda, ümumittifaq və respublika müşavirələrində məruzələrlə çıxış etmiş, müxtəlif elmi əsərlərdə, jurnallarda problematik məqa¬lələr dərc etdirmişdir. Ümumiyyətlə, Fuad Sə¬mədov 100-dən artıq məqalənin və 4 monoqra¬fiyanın müəllifidir. Bunlarla yanaşı Fuad Səmədov dövri mətbuatda və elmi-kütləvi məcmuələrdə çoxlu məqalələrlə çıxış etmiş-dir. Onun elmi əsərləri bilavasitə Xəzərin unikal neft-qaz yataqlannm kəşfi və işlənməsi ilə bağlıdır. Əsasən Neft Daşları ərazisində işləyən Fuad Səmədov yatağın laylarının geoloji, geokimyəvi, hidrokimyəvi, geotermik, süxurların kollektorluq və tektonik xüsusiyyətlərini dərindən araşdırmışdır. Bu yataqlarda geoloji kəsilişin obyektlərdə bölünməsində, onların neft-qazla və su ilə dolması dərəcəsi, layların kollektor xüsusiyyətləri, lay təzyiqlərinin paylanması və s. məsələlərə baxılıb. Layların neftvermə əmsalının artırılması, qalıq neft ehtiyatının bir hissəsinin çıxarılması məqsədi ilə yataqlarda aparılan suvarma üsulu geniş təhlil edilib və aparılan elmi tədqiqatlar nəticəsində yataqda olan digər laylara da süni təsir göstərmənin tətbiqi yollan və onun effektivliyi elmi- praktik dəlillər əsasında dəqiq təhlil edilmiş¬dir. Burada QA-1, QA-2 və QL-2 horizontların üç cərgə istismar və bir cərgə isə suvarma qu¬yularının eyni zamanda işləmələrini və s. əsaslandırmışdır. Fuad müəllimin 1959-cu ildə nəşr etdirdiyi "Neft Daşlan" monoqrafiyası hər bir istehsalatçı-geoloqun və elmi işçinin stolüstü kitabı oldu. Həmin monoqrafiyada ilk dəfə olaraq "Neft Daşlan" yatağının geoloji quruluşunun xüsusiyyətləri, onun neftliliyi-qazlılığı, qınşıqlığm əmələ gəlməsi və neft yatağının formalaşması, eləcə də neftlilik-qazlılıq perspektivi haqqında geniş məlumat verilmişdir. Akademik Sübhi Salayev hələ 1960-cı il 2 fevral tarixli "Bakı" qəzetinin səhifələrində Fuad Səmədovun "Neft Daşlan" monoqrafiyasının Azerbaycanın neft-qaz yataqlarına həsr edilmiş ədəbiyyat fondunda görkəmli yer tutacaq qiymətli əsər olmağı barədə yazırdı: "Bu kitabda ilk dəfə olaraq Neft Daşlan rayonunun geoloji quruluşu və neftliliyi, habelə dəniz neft yataqlarının səmərəli işlənməsi, prinsipləri haqqında ətraflı məlumat verilir… Dəniz neft yataqlarının səmərəli işlənməsi metodlanna həsr edilmiş hissə kitabın ən qiymətli hissələrindən biri hesab edilməlidir. Müəllif bu hissədə Neft Daşlarında neft yatağına süni təsiretmə metodunun xeyli səmərəli olmasını göstərir… Müəllif göstərir ki, lay təzyiqinin saxlanılması metodu xüsusi ile səmərəlidir. ." Bu kitab dəniz neft yataqlannm geologiyasına dair ilk elmi əsərlərdən biri kimi çox yüksək səviyyədə, faktlara əsaslanaraq yazılmışdır. Fuad Səmədovun 1960-cı ildə nəşr etdirdiyi "Azərbaycanda dəniz neft yataqlannm işlənməsi təcrübəsi" adlı kitabında o, dəniz mədən işinin tarixi, dəniz mədənlərinin təşkili üsullan, dəniz neft yataqlannm estakada üsulu ilə qazılması, neftçıxarma, neftin dəniz mədən¬lərində saxlanılması, yataqlarda süni təsir və s. haqda aydın və kütləvi şəkildə məlumat ver¬mişdir. 1960-cı ildə Fuad Səmədov Neft Daşlarının geologiyası mövzusunda namizədlik elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə etmiş və geologiya-mineralogiya elmləri namizədi elmi dərəcəsi almağa layiq görülmüşdür. 1961-ci ildə F.İ.Səmədov X.B.Yusifzadə və B.Q.Babazadə ilə birlikdə yazıb çap etdir¬diyi "Dəniz neft, yataqlarının işlənilməsimin xüsusiyyəti və Neft Daşlan yatağının misalında son neftvermə əmsalı", məqaləsində Neft Daşlan yatağının geoloji quruluşu, neftliliyi və qazlılığı, süxurların kollektor xüsusiyyətləri, işlənmənin rejimi haqqında, yatağın mənimsənilmə tarixi, perspektivliyi, suvurmanın təşkili məsələləri geniş göstərilmişdir. Fuad Səmədovun 1961-ci ildə L.A.Buryakovski ilə birlikdə "Abşeron arxipelaqı kollek¬torlarının geofizika metodları ilə öyrənilməsi" adh kitabı nəşr edilir. Qeyd etməliyik ki, bu kitab nəşr edilənə qədər Abşeron arxipelaqında yerləşən neft və qaz yataqlannm geologiyasına həsr olunmuş elmi işlərdə süxur kollektorlarının xüsusiyyətlərinin geofiziki üsullarla öyrənilməsi məsələlərinə, demək olar ki, baxılmamışdır. Bu monoqrafiyada O, <<Xali", "Çilov adası", "Palçıq pilpiləsi", "Neft Daşlan" kimi yataqların timsalında mədən geofizikasının məlumatları əsasında süxurların litoloji-kollektor xüsusiyyətlərini və onların neft və qazla doy¬ma dərəcəsini geniş şəkildə tədqiq etmişdir. Onun sonuncu monoqrafiyası "Abşeron arxipelaqının neft hidrogeologiyası" adlanır. Bu kitab 1966-cı ildə nəşr edilmişdir. Kitabda neft və qaz yataqlarının uzun müddət işlənməsi prosesində toplanmış külli miqdarda faktik ma¬teriallar əsasında lay süxurlarının xüsusiyyətli təhlil edilmişdir. Eyni zamanda aparılan loboratoriya tədqiqatları əsasmda Abşeron arxipelaqında bütün neft və qaz yataqlarındakı lay sularının hidrokimyəvi xüsusiyyətləri və onların əmələ gəlməsi haqqında mühüm və dərin nəzəri əhəmiyyət kəsb edən elmi mülahizələr verilmişdir. Fuad Səmədovun elmi fəaliyyətilə yanaşı pedaqoji fəaliyyətini də qeyd etmək lazımdır. O, bir müddət indiki Neft Akademiyasında ixtisas fənnindən mühazirələr oxumuş, bir neçə elmlər namizədi yetişdirmişdir. Onun yetişdirdiyi tələbələr elmlər doktoru elmi dərəcəsinə layiq görülüb və hazırda Azərbay¬canın geoloji xidmətində öz sözlərini deyirlər. O, müxtəlif Elmi Şuraların üzvü də olub.

Baş vermiş hadisə haqda

[redaktə | mənbəni redaktə et]

Neft Daşlarında bir qış günü Fuad Səmədov "Gürganneft" N.M.İ-nin rəisi Bəxtiyar Məmmədovla katerlə mədənə gedirlər. Söyləyirlər ki, birdən qasırğalı külək qopur. Buruqlarda işləyən insanlar katerə doluşan zaman dalğa Fuadı dənizin qoynuna alır. Gecənin qaranlığında heç bir şey görmək mümkün deyilmiş. Mahir üzgüçü olan Fuad suyun dərinliklərindən baş qaldıran qayaya yaxınlaşıb, ondan tutmağa müvəffəq olur. Yoldaşları Fuadın katerdə olmadığını görür, katerdəkilər projektorlarla onu axtarmağa başlayırlar. Nəhayət, onu tapıb götürürlər. Sonralar Fuad özü bu haqda belə deyirdi: "Sudan baş vurub, dənizin üzünə çıxanda yaxınlıqda gözümə qaya sataşdı. Ona yaxınlaşmağa qərar verdim. Bu vaxt dalğa məni yenidən suya qərq etdi. Yenidən üzüb qayam axtarmağa başladım, getdikcə ağırlaşırdım, çəkmələrimi çıxartmalı idim, amma onları çıxartmadım, yadıma düşdü ki, onları təzə almışam. Heç bir şey görmürdüm, eynəyimi də itirmişdim. Məni tapdılar, çəkmələrim də ayağımda qaldı - deyib gülərdi. İlahidən o, böyük yumor sahibi idi. 1963-cü ilin noyabr ayının 7-də Neft Daşlarında möhtəşəm neft fontanı və dəhşətli yanğın oldu. Yanğınsöndürənlər ilə yanğının kon¬turunu müəyyənləşdirmək üçün vertolyotla havaya qalxan Fuad, vertolyotda alovun şiddətlə partlaması ilə üzləşmişdi. Xoşbəxtlikdən pilot təcrübəli olduğundan hava gəmisini içindəki adamlarla birlikdə xilas edə bildi. Yanğın söndürüldü. Ancaq üç gün, üç gecə yatmayan Fuadın yorğunluqdan və əsəb gərginliyindən səhhəti pozuldu. Bir müddət müalicə olunduqdan sonra o "Başdənizneft"in baş geoloqu kimi öz vəzifəsini yerinə yetirməyə başladı. Onun bir neftçi-geoloq və elm fədaisi kimi inkişafı 1952-ci ildə, dünya şöhrətli "Neft Daşlan" yatağının kəşfi və işlənməsinin təşkili ilə əlaqədar yaranmış "Gürganneft" neft mədənləri idarəsində baş geoloq vəzifəsinə təyin olunması ilə başlayır. O, bu yatağın kəşfiyyatı və işlənməsində çox fəal iştirak etmişdir. Bu illərdə, dənizdə neft-qaz yataqlarının dalbadal kəşfi və mənimsənilməsi ilə əlaqədar olaraq Azərbaycan Sənaye İnstitutunun gənc məzunların, geoloqların, mədənçilərin, qazmaçıların və inşaatçıların əksəriyyətinin bu sahəyə axını başlayır. Belə bir şəraitdə, Fuad Səmədov üçün böyük elmi fəaliyyət dairəsi açılır. O, bu gənc mütəxəssisləri, xüsusən də geoloqları öz ətrafında toplayaraq, yatağın geoloji xüsusiyyətlərinin öyrənilməsinə, mədənlərdə geoloji-mədən və hidrodinamiki tədqiqat işlərinin aparılmasına yönəldir, toplanan məlumatlara təhlilinə və onlara nəticələrinin tətbiqinə və yatağm işlənməsinin elmi əsasda aparılmasına xüsusi fikir verir. Bu dövr, ümumiyyətlə, Xəzər dənizində, neft-qaz yataqlaram axtarışı və kəşfinin, onlara mənimsənilməsini, yataqlarda yeni-yeni süni təsir üsullarının tətbiqi, müxtəlif tədqiqat metodlarının inkişafinın başlanğıc dövrü idi. Bunu hiss edən Fuad Səmədov Neft Daşlan yatağının kəşfiyyatının başa çatdınlması, onun səmərəli işlənməsinin təşkili sayəsində gənc geoloqlarla - Xoşbəxt Yusifzadə, Cəlil Cəlilov, Ənvər Məmmədov, Nazim Əkbərov, Leonid Buryakovski və başqaları ilə birlikdə böyük elmi-tədqiqat işləri apanr. Onu da qeyd etmək lazımdır ki, ilk elmi əsaslarla tərtib edilmiş texnoloji işlərimə sxemi, "Neft Daşlara yatağında Qırməki lay dəstəsi üçün, Fuad Səmədovun rəhbərliyi altında işlənmiş və həyata keçirilmişdir. O, Neft Daşlarında işləyən zaman hər həftənin sonu mədənlərin geoloji şöbə işçilə¬rini öz ətrafına toplayar, onlardan keçən həftə ərzində hansı elmi-tədqiqat və hidrodinamiki tədqiqat materiallarını hazırladıqları ilə maraq-lanar, aldıqları nəticələrin təcrübədə yoxlanılmasını, nəşrlər üçün hansı məlumatlara olduğunu soruşardı və gələn həftə üçün yeni-yeni tapşırıqlar verərdi. O, xüsusən gənc mütəxəs¬sislərin hazırlanmasına, onlara elmi tərəqqisinə çox böyük əmək sərf etmişdir. Bütün bunların nəticəsidir ki, gələcəkdə Xəzər dənizində neft-qaz yataqlaram axtarışı, kəşfiyyatı və onlara mənimsənilməsində Neft Daşlan məktəbi bir kadr bazası rolu oynamışdır. O, artıq bir alim və təcrübəli geoloq kimi püxtələşir və onu Elmlər Akademiyasının nəzdində yeni təşkil olunmuş Dərin neft-qaz yataqlan problemləri Elmi-Tədqiqat İnstitutuna elmi işlər üzrə direktor müavini vəzifəsinə irəli çəkirlər. Lakin istehsalata olan böyük həvəsi, gündəlik işlərin nəticələrinin tətbiqi onu rahat buraxmır və o, 1963-cü ildə yeni təşkil olunmuş "Başdənizneft" İstehsalat Birliyində baş geoloq vəzifəsinə işə qayıdır. Burada o, Xəzər dənizinin şelf zonalarında yeni- yeni neft-qaz yataqlaram kəşfinə və açılmış yataqlara regional işlənməsinin təşkilinə rəhbərlik edir və bu dövrdə "Palçıq pilpiləsi", "Bahar", Səngəçal-Duvanm-Xərə-Zirə kimi böyük yataqların açılmasına nail olur. Ailəsi Fuad Səmədovun ailə həyatıın bəzi-mə¬qamlarını və onun şəxsiyyətini xarakterizə etmək və ailə üzvlərinə olan münasibətini ay¬dınlaşdırmaq da çox maraqlıdır. Həyat yoldaşı Sara xanım Azərbaycan Sənaye İnsitutunun kimya texnologiya fakültəsini bitirib. İxtisasca kimya mühəndisidir. Son zamanlara qədər o, AMEA-nm Neft-Kimya Prosesləri İnstitutunda elmi işçi vəzifəsində çalışıb. Bu nikahdan onların iki qızı olub. Fuad dünyasım dəyişəndə böyük qızı Gülnar 14, Nigar isə 9 yaşmda idi. İllər keçdi, aylar dolandı, qızlar böyüdü, oxuyub həyata vəsiqə aldılar. Gülnar Azərbay¬can Dövlət Universitetinin kimya fakültəsini ^ fərqlənmə diplomu ilə bitirib. Atası kimi o da tələbə vaxtı ən böyük və şərəfli Lenin təqaüdünə layiq görülmüşdür. Kimya elmləri namizədidir. Kiçik qızı Nigar da ADU-nun biologiya fakültəsini bitirib. Biologiya elmləri namizədidir. Hər ikisi AMEA-nm aspiranturasını bitirib, böyük elmi işçi vəzifəsində AMEA NKP və Fiziologiya institutlarında çalışırlar. Fuadın hazırda üç nəvəsi var. Onlardan biri babasının adım daşıyır.

Görkəmli ziyalı, əfsanəvi Neft Daşlarının ilk sakinlərindən biri, gözəl insan Fuad Səmədovun şərəfli adı neft elminin və neft sənayesinin tarixinə qızıl hərflərlə əbədi olaraq yazılmışdır. Fuad Səmədovun neft sənayesinin inkişafındakı səmərəli fəaliyyəti yüksək qiymətləndirilmişdi. O, "Əməkdar mühendis" kimi yüksək və şərəfli ada layiq görülmüşdür. 1959-cu ildə "Qırmızı Əmək Bayrağı", 1966-cı ildə isə Lenin ordeni ilə təltif edilmişdir. 1961-ci ilin əvvəlində Fuad Səmədov bir qrup mütəxəssislə birlikdə Azərbaycan dəniz yataqlarının kompleks mənimsənilməsinə görə Sovet məkanında o vaxtm ən böyük və şərəfli dövlət mükafatı sayılan Lenin mükafatına layiq görülmüşdür.[2]

  1. "Fuad İbrahim oğlu Səmədov". 2013-10-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-08-31.
  2. Bayram Bayramov. Neft Daşlan — tufanlar qoynunda həyat