Fuad Fərhad oğlu Vəliyev- Azərbaycanlı şəhid
Fuad Vəliyev | |
---|---|
Fuad Fərhad oğlu Vəliyev | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Gədəbəy rayonu Zamanlı kəndi |
Vəfat tarixi | |
Vəfat yeri | Mormor kəndi |
Vəfat səbəbi | Şəhid |
Dəfn yeri | Zamanlı kənd qəbirstanlığı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | Azərbaycanlı |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Hərbi hissə | Ağdam batalyonu N saylı hərbi hissə |
Xidmət illəri | 1994-1995 |
Rütbəsi | Əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Vəliyev Fuad Fərhad oğlu 1975-ci ildə Gədəbəy rayonunun Şınıx zonasınm Zamanlı kəndində anadan olub. Uşaqlıq illərini Zamanlı kəndində keçirmişdir. 10 noyabr 1995-ci ildə şəhid olmuşdur.
1982-ci ildə Zamanlı kənd orta məktəbinin 1-ci sinifinə daxil olub. Həmin məktəbi 1993-cü ildə əla qiymətlərlə başa vurub.
O, 1994-cü il yanvar ayının 14-də hərbi xidmətə yollanır. Fuad iki ay yarım Nasosnu hərbi məntəqəsində təlim keçdikdən sonra, döyüş bölgəsinə göndərildi. 1994-cü ilin mart-aprel aylarında Ağdamda şiddətli döyüşlər gedirdi. Artıq Ağdamın Güllücə və Süsənli kəndləri düşmən mərmiləri altında alovlanırdı. Fuad həmin kəndlərin azad olunmasında fəal iştirak etdi. Lakin düşmən qüvvələri üstün olduğundan 200-dən artıq əsgərimiz döyüş bölgəsində şəhid oldu. Şınıx bölgəsində vəziyyətin dəyişməsi ilə əlaqədar olaraq Fuad Şınıx batalyonunun sərəncamına göndərildi. Daha sonra o Mormor kəndinə xidmətini davam etdirmək üçün təyinat alır.
1995-ci il noyabr ayının 12-də xidmət yerində yağı düşmənin gülləsinə tuş gəldi. Fuad Vəliyev Zamanlı kəndinin qəbirstanlığında dəfn edilib.