Fuko rəqqası

Yerin öz oxu ətrafında fırlanmasını sübut etmək üçün cihazdır. 1851-ci ildə Paris Panteonunda L.Fuko bu təcrübəni göstərmişdir. Leninqradda İsaakiyevski soborun tavanından 98 m uzunluğunda belə bir rəqqas asılmışdır. Rəqqas hərəkətə gətirildikdən bir neçə dəqiqə sonra onun yelləndiyi müstəvi Yerin fırlandığı istiqamətin əks tərəfinə xeyli meyl edir ki, bu da Yerin fırlanmasını sübut edir[1].

  1. O.Osmanov, B.Abdullayev "Məktəblilərin izahlı coğrafiya lüğəti" Bakı - 1979