Fukuok adası (vyet. Phú Quốc)[1] — Cənubi Çin dənizinə daxil olan, Siam körfəzində yerləşən ada və Vyetnamın Kenzyanq vilayətinə aid qəza.
Fukuok adası | |
---|---|
vyet. Phú Quốc | |
Ümumi məlumatlar | |
Sahəsi | 589,23 km² |
Uzunluğu |
|
Eni | 28 km |
Hündür nöqtəsi | 565 m |
Əhalisi | 93 000 nəfər (2010-cu il) |
Yerləşməsi | |
16°50′03″ şm. e. 112°20′15″ ş. u.HGYO | |
Ölkə | Vyetnam |
Akvatoriya | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Fukuok adası Vyetnamın ən böyük adasıdır. Yaxınlığında yerləşən 22 ada arasında da ən böyük ada sayılır. Adanın ahəsi 574 km²-dir. Uzunluğu təqribi 50 km, eni isə 27 km-dir (ən enli hissədə). Relyefi əsasən dağlıqdır. Fukuok adasını 99 dağ adasaı adlandırırlar. Burada həqiqətəndə 99 dağ vardır. Relyefi şimaldan cənuba doğru alçalır. Ən hündür zirvəsi Tyua dağıdır. Maksimal hündürlüyü 565 metrdir. Zirvə adanın şimalında, Fukuok Milli parkı ərazisində yerləşir. Vyetnamda Fukuok adası həmçinin "Mirvari adası" və ya "Qürub adası" belə adlandırırlar. Kvars, çınqıl, əhəng daşı və s tərkibli suxuirlaredan təşkil olunmuşdur. Mesozoy və Kaynazoy yaşlı çöküntülərdən ibarətdir. İllik yağıntı olduqca yüksəkdir. Orta hesabla il ərzində 2,879 mm təşkil edir. Şimal dağlarında isə bu göstərici 4 min mm olaraq qeydə alınmışdır. Aprel və may ayları temperatur ən isti aylardır. Temperatur 35 °C qədər artır.
Fukuok qəzası inzibati baxımından Kenzyanq vilayəti ərazisinə daxildir. Qəzanın inzibati mərkəzi Zıonqdonq şəhəridir. Adada 2010-cu il məlumatına görə 93 min əhali yaşayır.
Fukuok adası ərazisinə 3 şəhər ərazi vahidi vardır:
Dương Đông
Cửa Cạn
An Thới
Kommunaları:
Bãi Thümm
Cửa Dương
Dương Tơ
Gành Dầu
Hìm Ninh
Hòn Thơm
Thổ Châu
Ada turistlər arasında əla çimərlikləri olan dəniz turizminə görə tanınırt. Bu adada il boyu istirahət etmək mümkündür, halbuki Vyetnamın digər adalarında qış aylarıl nuisbətən sərin olur. Yağışlar mövsümü maydan oktyabra qədər davam edir. ən əlveriçli istirahət dövrü noyabrın ortalarından maya kimidir. Bu ərəfələrdə quraq mövsüm hakimdir. Burada güçlü fırtına və sunami müşahidə olunmamışdır. Seymiklik baxımındanda aktiv ərazidə yerləşmir. Adada su altı üzgüçülük inkişaf etdirilir. buranın təkcə çimərlikləri deyil, tropik meşələri, dağları, çay və şəlaləri insanı cəlb edir. Turistlər burada yeerli fauna və flora ilə də tanış ola bilərlər.
2017-ci ildə Fukuok adası 361,5 min xarici turist ziyarət etmişdir. Bu isə obndan əvvəlki dövr üçün 72% çoxdur[2].
Burada Fukuok Beynəlkxalq hava limanı vardır. Adaya bir başa reyslər təşkil oluna bilir.