Fuqas - zirehdələn mərmi

Fuqas - zirehdələn mərmi, plastik PM olan artilleriya mərmisi(başqa adı - zirehdələn , yastılanan).

Müasir tanktank-əleyhinə toplarda zirehdələn mərmi kimi(tankların və başqa zirehli texnikanın vurulması, müdafiə qurğularının polad konstrukasiyaların dağıdılması) və fuqas(səhra tipli müdafiə qurğularının dağıdılması) üçün istifadə olunur. FZM M60(ABŞ), Leopard(AFR), AMX-30(Fransa) tanklarının 105-mm toplarının döyüş komplektinə, 120 mm Çiften(Böyük Britaniya), 106 mm təpkisiz M40A1(ABŞ) toplarının və başqa səhra və tank-əleyhinə artilleriya toplarının döyüş komplektinə daxildir. FZM nazik divarlı polad korpusdan, partladılan doldurmadan, aparıcı zolaqdan, dib partladıcısından və trassördan ibarətdir. 8200s/m detonasiya sürətinə malik Astrolit tipli plastik PM ilə təchiz olunub. Mərminin zirehə zərbəsi ilə onun başlıq hissəsi deformasiya olunur, plastik PM isə, "mərmi-zireh" kontakt sahəsini 1,5-2 dəfə artıraraq "axaraq yayılır". Bu vaxt dib partladıcı işə düşür və PM detonasiya olunur. Partlayış məhsullarının təzyiqi 1 kv sm zirehə onlarla tona çatır, sonra 1-2 mikrosaniyə ərzində azalaraq atmosfer təzyiqi səviyəsinə düşür. Zirehdə, 5000 s/m sürəti ilə yayılan, yastı cəbhəsi olan sıxılma dalğası yaranır. Zireh lövhənin əks tərəfinə çatdıqda, sıxılma dalğası ondan əks olunur və geriyə dartınma dalğası kimi qayıdır. Dalğanın interferensiyası nəticəsində zirehin əks tərəfdən pullanması baş verir. Zirehli maşının içində pullanıb qırılan zireh hissələri tankın ekipajını və daxili təchizatını vurur. Mərminin partlayışı vaxtı yaranan qəlpələr tankın yaxınlığında olan canlı qüvvəni vura bilər. FZM mərminin effekti praktiki olaraq onun zirehlə görüşmə sürətindən və zərbə vaxtı olan kinetik enerjidən asılı deyil. FZD mərmisinin üstünlüyü onu sadə konstruksiyası, mərminin pullama qabiliyyətinin zirehlə görüş bucağından asılı olmamasındadır. Çatışmazlıqları: ekranlı, qatlı, tərkibli və əks tərəfdə əlavələri olan zirehə qarşı atış zamanı aşağı effektindədir; böyük uçuş vaxtının, yəni aşağı başlanğıc sürətinin olmasından real uzaqlıqlarda tez hərəkət edən zirehli hədəfləri vurmaq ehtimalının azlığı.

  • "Советская военная энциклопедия", Москва, 1980. Военное издательство министерства обороны СССР T.8 345