Fusarium — Göbələklər aləminin Ascomycota şöbəsinin Hypocreales sırasının Hypocreaceallar ailəsinə daxildirlər . Fusarium cinsli göbələklər torpaqda və bitkilərdə geniş yayılmış filamentar göbələklərdirlər . Onlar düyü , paxla , soya və digər tipli məhsullların normal florasında olur . Bəzi Fusarium növləri termofilikdirlər . Bitki patogenləri olduqları kimi onlar eyni zamanda da insanlarda da patogenlik edə bilərlər.
Fusarium | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
XƏTA: parent və rang parametrlərini doldurmaq lazımdır. ???: Fusarium |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Bu cins 20 dən artıq növü əhatə edir . Bunlardan ən geniş yayılanları Fusarium solani , Fusarium oxysporum , Fusarium chlamydosporumdur.
Bu cinsli göbələklər içərisində ən güclü virulent (zəhərli) Fusarium solani dir . Əksər Fusarium solani növləri mikotoksinlər əmələ gətirirlər ki , belə mikotoksinlərlə kirlənmiş taxıl məhsulllarının qəbulu zamanı bu məhsulllardakı mikotoksinlər allergik simptomlardan başlamış uzunmüddətli kanserogen təsirlərə səbəb olurlar . Fumonisinlər qarğıdalı bitkisində Fusarium moniliforme və Fusarium proliferatum tərəfindən əmələ gələn mikotoksinlərdirlər . Onlar qida borusu xərçənginə səbəb ola bilərlər . Digər qrup mikotoksinlərdən zearalenonlar da müəyyən taxıl bitkilərində bəzi Fusarium cinsli göbələklər tərəfindən sintez olunurlar .
Fusarium cinsli göbələklər 25 °C də SDA mühitində yaxşı inkişaf edirlər . Pambığabənzər , yayılmış koloniyalar əmələ gətirirlər . Yeganə yavaş böyüyən növ Fusarium dimerum dur . Sklerotsiyalar , hansı ki , hiflərin yığınından təşkil olunur — əlverişsiz mühit olarsa hərəkətsiz qalır və adətən mikroskop altında tünd mavi rəngdə olur .
Mikroskop altında hialin, arakəsməli hiflər , konidioforlar , makrokonidi və mikrokonidilər müşahidə edilir . Bir çox növlərdə xlamidosporlar da müşahidə edilir . Mikrokonidialar uzun yaxud qısa konidioforlardan əmələ gəlirlər . Onlar birhüceyrəlidirlər, nadir hallarda isə 2 yaxud 3 hüceyrəli ola bilərlər .