Viki
Lüğətlər
Redaktor
Futbol xronologiyası
Bu məqaləni
vikiləşdirmək
lazımdır.
Lütfən, məqaləni
ümumvikipediya
və
redaktə qaydalarına
uyğun şəkildə tərtib edin.
Bu məqalənin bəzi məlumatlarının mənbəsi göstərilməmişdir.
Daha ətraflı məlumat üçün
məqalənin müzakirə səhifəsinə
baxa və məqaləyə uyğun formada
mənbələr əlavə edib
Vikipediyanı zənginləşdirə bilərsiniz.
Mündəricat
1
Tarixöncəsi (e.ə 7000- b.e.1200)
2
Orta Əsrlər (1200-1863)
3
Yeni Dövr (1863-2014)
3.1
İbtidai futbol (1863-1904)
3.2
Müasirləşmə(1904-1950)
3.3
Ən yeni futbol(1950-2014)
Tarixöncəsi (e.ə 7000- b.e.1200)
[
redaktə
|
mənbəni redaktə et
]
E.ə 7000 - İlk top oyunları meydana çıxdı.
E.ə. III əsr -
Çində
futbola bənzər "Tsutsyu" oyunu yarandı.
E.ə. 100 -
Yunanıstanda
"Episkires" oyunu ortaya çıxdı.
600 - Kiotoda futbola bənzər "Kemani" oyunun yaradılması.
X əsr - Türklərin "Təpük" oyununu oynamağa başladı.
1170 -
İngiltərə
arxivləri ilk dəfə futbol oyunundan bəhs etdi.
Orta Əsrlər (1200-1863)
[
redaktə
|
mənbəni redaktə et
]
1314 13 aprel -
İngiltərə
kralı II Edvard
Londonda
futbolu qadağan etdi.
1365 - İngiltərə kralı III Eduard futbolu qadağan etdi.
1389 -
İngiltərə
kralı III Riçard futbola qadağa qoydu.
1409 -
İngiltərədə
futbol oynayan hər şəxs 20 pens ödəməli və 6 günlük həpsə girməli idi.
1424 -
Şotlandiya
kralı Ceyms futbolu qadağan etdi.
XVI əsr - Florensiya şəhərində "Calcio Fiorentina" oyunu yarandı.
XVII əsr -
İngiltərə
kralı II Karl`ın "Calcio" futbolunu
İtaliyadan
İngiltərəyə
gətirdi.
1526 -
İngiltərə
kralı VIII Henri futbol ayaqqabısı sifariş etdi.
1535 -
Oksford Universitetində
futbol
qadağan edildi.
1574 - Kembric Universitetində futbol qadağan edildi.
1739 - Florensiyada son rəsmi futbol oyunu keçirildi.
1747 - Eton Kol Universitetində futbol qadağan edildi.
1749 - Vestminster Universitetində futbol qadağan edildi.
1819 - Hakimlər meydanın qırağında oyunu idarə etməyə başladı.
1823 - Futbolun reqbidən ayrılması.
1830 - İlk dəfə hakimlər meydanda görsənməyə başladı.
1835 - London küçələrində futbol oynamağa qadağa qoyuldu.
1841 - Topun kürə şəklində olması qəbul olundu.
1848 - "Kembric Qanunları"nın yaradıldı.
1848 - İlk dəfə 1-i tribunada, 2-si meydanda 3 hakimdən istifadə edilməyə başlandı.
1855 - İngilislər ilk dəfə Almaniyada futbol oynadı.
1857 24 oktyabr - Dünyada ilk futbol klubu - "Şeffild" klubunun yaradıldı.
1860 26 avqust - İlk derbi - "Şeffild" - "Hallam" oyunu baş tutdu.
1862 - Günümüzə qədər dayanan ən qədim klub - "Nots Kauinti" quruldu.
1862 - "Trinq Qanunları" yaradıldı.
Yeni Dövr (1863-2014)
[
redaktə
|
mənbəni redaktə et
]
İbtidai futbol (1863-1904)
[
redaktə
|
mənbəni redaktə et
]
1863
- Dünyada ilk futbol qurumu - İngiltərə Futbol Asassosiyasının yaradıldı.
1865
- Ofsayd qərarı qeyri-rəsmi qəbul olundu.
1867
- Futbol ilk dəfə Avropadan kənarda - Argentinada, ingilis dəmiryolçuları tərəfindən oynandı.
1867
12 fevral
- Dünyanın ilk futbol turniri - Youdan kuboku başladı.
1867
5 mart
- Bremeyl Leyn stadionunda Youdan kubokunun finalı keçirildi: Hallam çempion, Norfolk ikinci oldu.
1868
1 fevral
- İkinci ən qədim turnir - Kramvel Kuboku başladı.
1868
15 fevral
- Kramvel Kubokunun finalı keçirildi: "Şeffild Yunayted" birinci, Qarrik ikinci oldu.
1869
- Əllə oynamağa qadağa qoyuldu.
1870
- İngilislər futbolu Portuqaliyaya gətirdi.
1870
5 mart
- Kenninqton Oval stadionunda ilk beynəlxalq oyun - İngiltərə - Şotlandiya (0:0) oyunu keçirildi.
1870
20 iyul
- Londonda keçirilən iclasda Villiam Alkok FA Kuboku məsələsini ortaya atdı.
1871
- Qapıçıya meydanın istənilən yerində əllə oynamağa icazə verildi.
1871
- "Royal Encineyers" klubu tərəfindən futbola "qapıçı", "driblinq", "pas oyunu" terminləri daxil oldu.
1871
- İngiltərə kubokunun başladı.
1872
- FA-nin üzvlərinin sayı 15-ə çatdı.
1872
- Futbol meydanın standart ölçüləri qəbul olundu.
1873
13 mart
- Şotlandiya Futbol Federasiyası quruldu.
1874
- İlk baldırqoruyucular yaradıldı.
1874
10 fevral
- İFA hakimlərə oyunçuları meydandan qovmaq ixtiyarı verdi.
1874
21 mart
- Şotlandiya kubokunun ilk finalı - "Kuinz Park" - "Klayders" (2:0) oyunu keçirildi.
1875
- Uels Futbol Federasiyası quruldu.
1875
- Qapıya üst dirəyin qoyulması və topa başla zərbə endirməyə icazə verilməsi qərara alındı.
1875
- İngilislər futbolu Türkiyəyə - Selanik`ə gətirdi.
1876
- Oyunlar iki hissə şəklində keçirilməyə başlandı.
1876
- Künc zərbələrinin yaradıldı.
1878
- Hakimlər fitdən istifadə etməyə başladı.
1878
14 oktyabr
- Dünyada ilk işıqlandırma sistemi Şeffild Birliyi tərəfindən Şeffild şəhərindəki "Bremeyl Leyn" stadionunda quraşdırıldı.
1879
- Qlazqodan Daven`ə futbolçu gəlməsi ilə peşəkarlığın əsası qoyuldu.
1881
- FA-nin üzvlərinin sayı 128-ə çatdı (80-i cənub, 41-i şimal, 6-sı şotland, 1-i avstraliya)
1882
- Futbol qaydalarını dəyişmək hüququna malik "İnternational Board" yaradıldı.
1882
- Qapılarda tordan istifadə edilməyə başlanıldı.
1883
- Aut`un əllə atılması başlandı.
1884
- İngiltərə, Şotlandiya, Uels və Şm.İrlandiyanın qatılımı ilə ilk milli yarış "Vətən çempionatı" ("Home Championship") başladı.
1885
- İngiltərədə peşəkar futbol yaradıldı.
1886
- Ofsaydin tədbiqi qərara alındı.
1888
13 mart
- Londonun "Anderson" otelində Villiam MakQreqor liqa təklif etdi.
1888
17 aprel
- İngiltərənin 12 klubu "Mançestr Royal" otelində toplaşaraq ilk milli liqa yaratmaq qərarını verdilər.
1888
8 sentyabr
- İngiltərə çempionatının başladı.
1889
- Hollandiya və Danimarkada futbol federasiyaları yaradıldı.
1890
- Şotlandiya çempionatı başladı.
1890
- Hakimlər meydana çıxmağa başladı.
1891
- Penalti yaradıldı.
1892
- İngiltərədə 2-ci Liqa yaradıldı.
1893
- C.Amerikada ilk futbol federasiyası Argentinada quruldu.
1895
- İngiltərədə qadınlararası ilk oyunun keçirilməsi.
1896
- Futbol Yay Olimpiya Oyunlarının programına qeyri-rəsmi salındı.
1896
16 mart
- İngiltərə Uelsə 9:1 qalib gəldi.
1898
8 may
- "Cenoa" ilk İtaliya çempionu oldu.
1899
- Futbolun 90 dəqiqə davam etməsi qəbul olundu.
1899
8 yanvar
- "Frayburq" Cənubi Almaniya çempionu oldu.
1899
20 mart
- "Sürix" ilk İsveçrə çempionu oldu.
1900
28 yanvar
- Almaniya Futbol Federasiyası Lipzinq şəhərində quruldu.
1901
- "Şeffild Yunayted" - "Tottenhem" oyununu 110802 nəfər izlədi.
1901
16 may
- Cənubi Amerikada ilk rəsmi oyun - Uruqvay - Argentina (2:3) keçirildi.
1902
- İngiltərədən başqa ilk beynəlxalq oyun - Avstriya - Macarıstan (5:0) oyunu keçirildi.
1903
- Top - fərqinin tədbiqi qərara alındı.
Müasirləşmə(1904-1950)
[
redaktə
|
mənbəni redaktə et
]
1904 - FİFA quruldu.
1906 - Qitələrarası ilk oyun - CAR - Braziliya (5:0) oyunu keçirildi.
1907 - Futbolçunun öz yarısahasında ofsayda düşməməsi qərara alındı.
1908 - Futbol Yay Olimpiya Oyunlarının proqramına salındı.
1913 - Qapıçıya ancaq cərimə meydanında əllə oynamasına qərar verildi.
1927 - Kornerdən birbaşa qapıya zərbə endirməyə icazə verildi.
1930 - Dünya çempionatı başladı.
Ən yeni futbol(1950-2014)
[
redaktə
|
mənbəni redaktə et
]
1991 - Hakimlər ilk dəfə başqa rəngdə forma geyməyə başladı.
1994 - Süni örtüklü meydanda rəsmi oyunların keçirilməsinə icazə verildi.