FutureLearn

FutureLearn — əsası Open University tərəfindən qoyulan onlayn təhsil şirkətidir. Fəaliyyətə 2012-ci ilin dekabr ayından başlayıb. Dərslər onlayn verilir[1]. Fevral 2019-cü il məlumatına görə 10.0 milyondan çox istifadəçi qeydiyyatdan keçibdir.

FutureLearn istifadəçilərə mühəndislik, kompüter elmləri, hüquq, tibb, biologiya, sosial elmlər, riyaziyyat və başqa sahələrdə kurslar təklif edir. Kurslar dünyanın məşhur universitetləri tərəfindən təqdim edilir.

Futurelearn, Mülki aviasiya milli məktəbi, SUPAERO, Grenoble École de management və s. Kimi universitetlərlə tərəfdaşlığa başlamışdır[2].

Futurelearn, yeni ortaqlıq və kursların platformaya əlavə edilməyə davam edəcəyini söylədi.

  1. "MOOC Platforms' New Model Draws Big Bet From Investors". 2019-12-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.
  2. "L'ENAC et FutureLearn lancent le premier MOOC consacré au Revenue Management!". 2020-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-06.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]