Fyodor Karloviç Avelan (isv. Theodor Kristian Avellan, rus. Фёдор Ка́рлович Авела́н; 31 avqust (12 sentyabr) 1839, Loviysa[d] – 17 (30) noyabr 1916, Petroqrad) — Rusiya hərbi və dövlət xadimi, general-adyutant (1903), tam admiral (1905), 1903–1905-ci illərdə Dənizçilik Nazirliyinin rəhbəri.
Fyodor Avelan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum adı | Theodor Kristian Avellan |
Doğum tarixi | 31 avqust (12 sentyabr) 1839 |
Doğum yeri |
|
Vəfat tarixi | 17 (30) noyabr 1916 (77 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri |
|
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Rusiya imperiyası |
Rütbəsi | Birinci dərəcəli kapitan (1 (13) yanvar 1886), ikinci dərəcəli kapitan (1 (13) yanvar 1882), Kapitan-leytenant (16 (28) aprel 1872) |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Avelan 1857-ci ildən Hərbi Dəniz Qüvvələrində xidmət, müxtəlif gəmi və birləşmələrə komandanlıq etmişdir. 1896-cı ildə köməkçi, 1896-cı ildən isə Baş Dəniz Qərargahının rəisi təyin edilmişdir. 1903-cü ildə Avelan Dənizçilik Nazirliyinin rəhbəri olmuşdur. Rusiya-Yaponiya müharibəsində (1904–1905) Rusiya donanmasını məğlub etməkdə günahlandırılaraq 1905-ci ilin mayında vəzifəsindən azad edilmişdir. 1914-cü ildə Avelan Dövlət Şurasının üzvü olmuşdur.[1]