Fyodorov gəvəni

Fyodorov gəvəni (lat. Astragalus theodorovianus) — paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Fyodorov gəvəni
Elmi təsnifat
XƏTA: latin parametri doldurulmayıb.
Beynəlxalq elmi adı
XƏTA HAQQINDA MƏLUMAT
Bu parametr doldurulmayıb: latin

Təbii yayılması[redaktə | mənbəni redaktə et]

İlk dəfə Azərbaycanda təsadüf edilmişdir.

Botaniki təsviri[redaktə | mənbəni redaktə et]

30-40 sm hündürlüyündə, yerə yatıq, azca qalxan, yaxud cavan vaxtında dik budaqlı yastıq əmələ gətirən koldur. Budaqları az, yaxud çox dağınıq tikanlarla örtülüdür. Yarpaqları yumurtaşəkilli, neştərvari, ağ, qalın olub, ucları kirpikvaridir. Yarpağı 3,8 sm uzunluqda, damarlı, zəif tüklü, 6-8 cüt ellipsvari, uzunsov, küt, yaxud iti uclu, 4-7 mm uzunluqda, 1-1,5 mm enində, dağınıq, ağ tüklü yarpaqcıqlıdır. Çiçəkaltlıqları qayığabənzər, kasacığa bərabər, ağdır. Yarpaqların qoltuğundan çıxan 2-8 sm uzunluğunda, 0,5-1 sm enində olan çiçəkləri birillik budağın üzərində sünbülvari çiçək qrupu əmələ gətirir. Kasacığı 5 mm qədər olub, zəngşəklli, qalın, ağ tüklüdür. Təbii şəraitdə toxumlar vasitəsi ilə çoxalır.

Ekologiyası[redaktə | mənbəni redaktə et]

Orta dağ qurşaqlarının quru, qumlu yamaclarında bitir.

Azərbaycanda yayılması[redaktə | mənbəni redaktə et]

Lənkəranda, Lerik rayonunda, Sonayolca kəndi ətrafında rast gəlinir.

İstifadəsi[redaktə | mənbəni redaktə et]

Abşeronda hər il toxum və qətran vermək qabiliyyətini saxlaya bilir. Bu növün qətranının tərkibində olan bassorinin miqdarı 92%-ə çatır. Yaşıllaşdırmada istifadəsi öyrənilməmişdir.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov