Gábor Kubatov

Qabor Qubadov (d: 17 fevral, 1966) — Macarıstan siyasətçisi. Macarıstan Respublikasının Milli Məclisində Fides partiyasını 2006-cı ildən təmsil edir.[1] Macarıstan Futbol Liqasında fəaliyyət göstərən məşhur Ferençvaroş klubunun prezidentidir. Emma, Marsel və Oliviya adında 3 uşağı vardır.

Qabor Qubadov
mac. Gábor Kubatov
bayraq
Macarıstan Respublikasının Milli Məclisinin üzvü
bayraq2
16 may, 2006 – indiyə kimi
Şəxsi məlumatlar
Doğum tarixi (57 yaş)
Doğum yeri Budapeşt, Macarıstan
Uşağı 3
kubatovgabor.hu
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Karyerası[redaktə | mənbəni redaktə et]

Qabor Qubadov orta təhsilini Peşterjebetdə bitirmişdir. 1997-ci ildə Gödöllö Kənd Təsərrüfatı Elmləri Universitetindən məzun olmuşdur. 1990-cı illərdə müxtəlif sahələrdə sahibkar kimi çalışmışdır. 1997-ci ildə ailəsi ilə birlikdə Şorokşara köçmüşdür.[2]

2002-ci ildən bəri, Budapeştin XXIII rayonunda Fides partiyasının sədri vəzifəsində işləmişdir.

Qubadov, 2008-ci ildə keçirilən referendumda və 2009-cu ildə keçirilən Macar Avropa parlamenti seçimlərində fəal iştirak etmişdir. Hal hazırda Ferençvaroş klubunun prezidentidir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Register". Országgyűlés. 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-09-10.
  2. "Biography" (PDF). Országgyűlés. 2016-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-09-10.