Gökcə Pəhlivanoğlu

Gökcə Pəhlivanoğlu — Türkiyə rejissoru.

Gökcə Pəhlivanoğlu
Doğum tarixi
Doğum yeri İstanbul

Gökcə Pəhlivanoğlu 1984-cü ildə İstanbulda anadan olub. Mərmərə Universitetinin Gözəl Sənətlər fakültəsinin Sinema TV bölümünün məzunudur. Əlavə olaraq fotoqrafiya ilə məşğuldur. "Trident" (2004), "Çıma" (2004), "Zincirləmə film tamlaması" (2005) filmlərinin rejissorudur. 2003-2004-cü illərdə bir çox filmlərdə prodüser-dizayner və fotoqraf kimi çalışıb. "Trident" filmi 2004-cü ildə İstanbul Qısa Filmlər Festivalında, "Çıma" Metro Qroum Qısa Filmlər yarışmasında 4-cü mükafatı qazanıb. "Zincirləmə film tamlaması" isə Beynəlxalq İzmir Qısa Filmlər Festivalının finalçısı olmuşdur. Bundan başqa həmin film Antalya Altun Portağal Film Festivalının Qısa Film yarışmasında iştirak etmiş, Akbank Qısa Filmlər Festivalının finalçısı olmuşdur.