Gömrük işi — Gömrükxananın işi.
Gömrük işi ilə bağlı başqa bir məsələ gömrük orqanları tarifindən ölkəyə qaçaq yolla gətirilən narkotik vasitələrin müsadirə edilməsidir. İlk baxışdan iqtisadi səmərə verməyən bir hal kimi gözə dəyən bu məsələ, əslində mühüm strateji əhəmiyyətə malikdir. Belə ki, narkoticarətin qarşısını alan gömrük orqanları, ölkəni narkotik bazarına çevrilməsinə imkan verməməklə çoxlu dövlət vəsaitlərinə qənaət etmiş olurlar. Çünki dövlət təkcə narkotik alverinə qarşı mübarizəyə deyil, eyni zamanda narkomanların müalicəsinə də heç bir vəsait xərcləmir və həm də ölkənin inkişafında mühüm potensial sayılan intellektual bazanı da qorumuş olur. Başqa bir misal: gömrük orqanları ölkənin gömrük ərazisinə keyfiyyətsiz məhzulları (ərzaq malları, dərman preparatları, uşaq yeməkləri və s.) buraxmamaqla əhalinin sağlamlığını qorumaqla bərabər dövlət vəsaitlərinin digər sosial qayğılara yönəldilməsinə şərait yaratmış olurlar.
Eyni zamanda gömrük orqanları təhlükəli tullantıların ölkə ərazisinə gətirilməsinin qarşısını almaqla, ölkənin ekoloji zibilxanaya çevrilməsinə şərait yaratmırlar ki, bu da ölkə əhalisinin həyatının təhlükə altında qalmasına imkan vermir. Beləliklə, gömrük işinin bu nəticələri dövlətin təhlükəsizliyinin təminatı baxımından mühüm əhəmiyyət kəsb etdiyi bir daha özünü büruzə vermiş olur.
Dövlət gəlirlərinin formalaşmasında gömrük işinin təşkili mühüm rol oynayır. Müxtəlif ölkələrdə bu gəlirlərin payı müxtəlif olsa da, gömrük işi hər yerdə mühüm əhəmiyyət kəsb edir. Beləliklə, gömrük işi istənilən dövlətin iqtisadiyyatında xüsusi əhəmiyyətə malikdir.
Azərbaycan Respublikası ikinci dəfə öz müstəqilliyini bərpa etdikdən sonra özünün sərbəst gömrük siyasətini yürütməyə başladı. Lakin bir sıra çətinliklər mövcud idi.
Birincisi, Azərbaycan Respublikasında ölkənin bütün sərhədlərini əhatə edə bilən gömrük şəbəkəsi yox idi. İkincisi, keçmiş SSRİ-nin tərkibində olduğu üçün vahid gömrük siyasəti yürüdüldüyündən milli gömrük siyasəti yaranmamışdır. Üçüncüsü, milli gömrük kadrları azlıq təşkil edirdi və qısa bir zamanda bu kadrların hazırlanması üçün qanunvericilik bazası yox idi. Dördüncüsü, Azərbaycanın dövlət sərhədləri Ermənistan tərəfindən işğal altında saxlanılır. Beşincisi isə, tədris bazasının təşkili üçün dərsliklər və dərs vəsaitləri yox səviyyəsində idi.
Müstəqil Azərbaycanın iqtisadi həyatında xarici ticarət əlaqələrinin mühüm rolu vardır. Xatırlatmaq yerinə düşər ki, müasir dünya ticarət sistemi bütün ölkələrə qarşı xarici siyasətin sərt tələblərini və məhdudlaşdırıcı təkliflərini irəli sürür. Bu səbəbdən də milli iqtisadiyyatın struktur cəhətdən tənzimlənməsi təmin olunmalıdır.
Milli istehsalı qorumaq üçün iqtisadiyyatın strukturunun yaxşılaşdırılmasına, inkişafın strateji istiqamətlərində ehtiyatların mərkəzləşdirilməsinə, bəzi istehlak mallarının ucuzlaşdırılmasına, Azərbaycan mallarına xarici bazarların açılmasına və s. nail olmaq lazımdır. İstehsalın və istehlakın milli struktur xüsusiyyətləri, iqtisadi inkişaf səviyyəsi və digər amillər xarici ticarətin tənzimlənməsi isə idxal-ixrac əməliyyatlarına xüsusi dövlət nəzarəti tələb edir ki, bu da bilavasitə gömrük işinin təşkili ilə bağlıdır.
Müstəqilliyini əldə etmiş Azərbaycanın xarici iqtisadi siyasət sahəsində əsas vəzifəsi beynəlxalq əmək bölgüsünün üstünlüklərindən istifadə əsasında dünya təsərrüfat əlaqələri sisteminə bərabərhüquqlu inteqrasiya olunmasıdır. Həmçinin nəzərə alınmalıdır ki, müasir dünya ticarət sistemi bütün ölkələrə qarşı xarici iqtisadi siyasəti sərt tələblərinə və məhdudiyyətlərini irəli sürür. Bu səbəbdən milli iqtisadiyyatın struktur cəhətdən tənzimlənməsi bu tənzimləmə obyektinin inkişaf edən vahid orqanizmdən ibarət olmasına əsaslanmalıdır. Qeyd etmək lazımdır ki, idxal-ixrac əməliyyatlarına təsir prosesində iqtisadi siyasətin bir-birinə qarşılıqlı nüfuz edən və bir-birini tamamlayan komlpeks vasitlərindən istifadə olunması zərurəti xarici iqtisadi fəaliyyətin tənzimlənmə sisteminin əsas xüsusiyyətlərindəndir. Xarici iqtisadi fəaliyyət təcrübəsində 5 qrup vasitələrinin fərqləndirilməsi qəbul edilmişdir:
Xarici iqtisadi fəaliyyətin sərbəstləşdirilməsi üzrə iqtisadi islahatlar çərçivəsində həyata keçirilən tədbirlər, idarəetmənin inzibati metodlarından iqtisadi metodlara keçid xarici iqtisadi fəaliyyətin tənzimlənməsini bazar prinsipləri üzərinə keçirməyə şərait yaratmışdır. Buna görə də respublikamızın gömrük işi üzrə siyasəti çox möhkəm və mükəmməl olması, respublikamızın inkişafı üçün ən əsas amillərdən biridir[1].
İnsan faktorunu saxlayan istənilən sistemdə olduğu kimi gömrük sistemində də idarəetmə böyük əhəmiyyətə malikdir. Gömrük orqanları sistemində idarəetmənin əas məqsədi gömrük orqanları əməkdaşlarının hamılıqla vahid orqanizm kimi təşkil edilməsidir. Ümumiyyətlə idarəetmə nədir? İdarəetmə dedikdə nə başa dülüşür? Ədəbiyyatda gömrük orqanlarının da aid olduğu sosial-iqtisadi sistemlərdə "idarəetmə" anlayışının çoxsaylı tərifləri vardır. Gömrük orqanlarında idarəetməyə xas olan əlamətləri nəzərə alaraq müxtəlif xülası edilmiş fikirləri ümumiləşdirməklə ona aşağıdakı tərifi vermək olar. İdarəetmə – gömrük orqanları əməkdaşlarına elə fasiləsiz informasiya təsiri prosesidir ki, idarəçilik qərarlarının qəbul olunması və həyata keçirilməsi vasitəsilə dəyişən xarici və daxili şəraitdə onların məqsədyönlü davranışını təmin edir. İdarəedən təsirin formalaşması və həyata keçirilməsi üçün idarəetmə subyektlə (idarəedən sistemin, yarımsistemin), idarəetmə obyektinin (idarə olunan sistemin, yarımsistemin) və onların arasında müəyyən şəkildə mütəşəkkil birbaşa və əksəlaqələrin alması zəruridir. Məcmu halda idarəetmə subyekti. İdarəetmə subyekti və onların arasında qarşılıqlı əlaqələr gömrük orqanlarında idarəetmə sistemini əmələ gətirir. Gömrük orqanlarında idarəetmə subyektlərinə idarəetmə qərarları qəbul etmək, tabeliyindəki əməkdaşlara və kollektivlərə tapşırıq vermək və onların icrasını tələb etmək səlahiyyəti olan bütün rəhbərlər, yəni məqsədyönlü təsiri həyata keçirən gömrük postunun, gömrükxananın, gömrük idarəsinin və Dövlət Gömrük Komitəsinin bütün elementləri və yarımsistemləri aiddir. İdarəetmə obyekti və subyekti altında məsələnin aydınlaşdırılması üçün dərk etmək vacibdir ki, gömrük orqanlarında idarəetmə struktur olaraq, mərhələləri, iyerarxik xarakter daşıyır. İdarəetmənin müxtəlif səviyyələri gömrük sistemində eyni vaxtda idarəetmənin həm subyekti, həm də obyekti kimi çıxış edir. İdarəetmənin hər pilləsinə və ya səviyyəsinə öz idarəetmə subyekti və obyekti uyğun gəlir. Ona görə də gömrük orqanlarının vahid sistemində idarəetmə obyekti sonrakı idarəetmə və icra hərəkətləri kimi nəzərdən keçirilməlidir. Beləliklə, idarəetmə bu strukturda fəaliyyət növü olaraq sərəncamverici və idarəedici tərəflərə malikdir. İdarəetmə subyekti və obyekti arasında təşkilati idarəetmə strukturundan, digər faktorlardan asılı olaraq qarşılıqlı əlaqə və münasibətlər mövcuddur. İdarəetmə sistemində onlar əhəmiyyətli rol oynayır. İdarəetmə subyekti idarəetmə obyektinin faktik vəziyyəti və onu əhatə edən xarici mühit haqqında informasiya alır. Bu informasiya idarəetmə subyekti tərəfindən işlənir ki, bunun da nəticəsi olaraq qərar qəbul edilir. Məzmunu birbaşa əlaqə kanalı üzrə idarəetmə obyektinə ötürmək üçün həmin qərara idarəçilik qərarının formalarından (əmr, göstəriş, qətnamə və s.) biri verilir. Bu qərarın icrası haqqında informasiya və eləcə də idarəetmə obyektinin (idarəedilən sistemin) yeni vəziyyəti haqqında informasiya yenidən əks-əlaqə kanalı üzrə idarəetmə subyektinə daxil olur. Beləliklə, idarəetmə nisbi və fasiləsiz prosesdir. Gömrük orqanları tərəfindən idarəetmənin fasiləsiz xarakteri onlardan keçən informasiya proseslərinin daimiliyi və arasıkəsilməzliyi ilə şərtlənir. Məsələn, idarəetmə məqsədlərinin müəyyənləşdirilməsi gömrük orqanları sisteminin əsas inkişaf istiqamətlərinin işlənib hazırlanması, planlaşdırılması formasında həyata keçirilə bilər[2].