Avropada və Qafqazda yayılmışdır.
Gövdəçiçəkli palıd | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
XƏTA: latin parametri doldurulmayıb. |
||||
Beynəlxalq elmi adı | ||||
XƏTA HAQQINDA MƏLUMAT Bu parametr doldurulmayıb: latin |
||||
|
40 m hündürlüyündə, yarpağı tökülən ağacdır. Gövdəsi düz qalxan, silindrvari, tünd boz rəngli, diametri 3 m-ə qədərdir. Şaxələnmiş çətirlidir. Güclü inkişaf etmiş kök sisteminə malikdir. Yarpaqları uzunsov-yumurtavari, uzunluğu 6-12 sm, bünövrəsi ürəkşəkilli, dərin çıxıntılı, alt tərəfi tüklü, 5-7, bəzən 1-3 hissəli, enli, ucu küt dişlidir. Yarpaq saplağının uzunluğu 1sm-ə qədərdir. Aprelin axırı, mayın əvvəlində çiçəkləyir. Meyvələri gövdələrdə 1-3 ədəd bir yerə yığılmış, 2 dəfə yarpaqlardan kiçikdir, sentyabrın axırı-oktyabrın əvvəllərində yetişir. Qozası dairəvi və ya uzunsov-dairəvi olub, 1,5-2,5 sm uzunluqdadır. Toxumla çoxaldılır.
İsti və işıqsevəndir.
Dendrologiya İnstitutunun təcrübə sahəsində introduksiya olunmuşdur. Respublikanın bəzi rayonlarında mədəni şəraitdə becərilir.
Dekorativ bitki kimi park və bağlarda istifadə edilir. Meşə zolaqlarının salınmasında və yaşıllıqlarda istifadə üçün çox əhəmiyyətlidir.
Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T.S.Məmmədov