Gövdəsiz yastıbaş

Gövdəsiz yastıbaş (Elmi adı -Jurinella subacaulis) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c; B1ab(i, iii, iv). Azərbaycanın nadir növüdür. [1][2]

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Çoxillik gövdəsiz bitkidir. Yarpaqları kökətrafı rozetdədir, çox saylı, saplaqlı, üstdən çılpaq, altdan ağımtıl torvari-yunlu, lələkvari bölünmüşdür. Yarpaqların saplaqları qaidədə qına genişlənmişdir. Səbətləri 1-3 sayda, yarımşar formada, 2-3 sm enində oturaqdır. Sarğının xarici yarpaqcıqları lansetvari, sivriləşmiş, daxildəkilər –uzun düz, çılpaq, al-qırmızı rənglidir. Çiçəkləri al-qırmızıdır. Toxumcuqları 4-5 sm uzunluğunda qaramtıl, qırışlı, uçağan ağ, qısa lələkli qıllıdır.[3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Çiçəkləmə may-iyun, meyvəvermə iyun-iyul aylarına təsadüf edir. Alp qurşağının töküntülərində rast gəlinir.[3][1]

Yayılması[redaktə | mənbəni redaktə et]

 Kiçik Qafqazın cənubu, şimali və mərkəzi, Naxçıvanın dağlıq hissəsidir.[1][3]

Sayı və tendensiyası[redaktə | mənbəni redaktə et]

Populyasiyanın təbii bərpasında azalma tendensiyasının səbəbi, mənfi iqlim amillərinin təsirlərin dəyişilməsinə həssaslıqla izah olunur.

Məhdudlaşdırıcı amillər[redaktə | mənbəni redaktə et]

Antropogen amillər (otarılma, tapdalanma) və iqlim amillərinə həssaslıq, çox ekstremal iqlimə malik əarazilərdə yayılması. 

Mühafizə tədbirləri[redaktə | mənbəni redaktə et]

Populyasiyanın nəzarətə götürülməsi, mütəmadi monitorinqlərin apaqılması tələb olunur.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Azərbaycan Respublikasının Qırmızı kitabı " Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri " II nəşr, Bakı 2013
  2. http://redbook.az/?options=project&id=G%C3%B6vd%C9%99siz%20yast%C4%B1ba%C5%9F[ölü keçid]
  3. 1 2 3 Флора Азербайджан, 1961