Fatimə Fətəliyeva (3 aprel 1978, Bakı) — azərbaycanlı rəqqasə, Xoreoqraf.
Fatimə Fətəliyeva | |
---|---|
Fatimə Fətəliyeva | |
Digər adları | Fatimə, Göyçək Fatimə |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri, Azərbaycan |
Vətəndaşlığı | |
Fəaliyyəti | Aktrisa Xoreoqraf |
Boyu | 1.58 sm[1] |
Vikianbarda əlaqəli mediafayllar |
Fatimə Fətəliyeva Xosrov qızı 3 aprel 1978 ci ildə Bakıda Əzizbəyov adına xəstəxanada dünyaya gəlib. Ailəlidir. İki övladı - bir oğlu, bir qızı var. Qızı Aydan 1995-ci il anadan olub. Oğlu Hüseyn 2011-ci ildə anadan olub.
6 yaşında Nəsimi rayonu 5 nömrəli məktəbin rus dilli bölməsinə gedib. Məktəbi bitirən kimi ailə həyatı qurub. İki universitet bitirib:Azərbaycan Tibb Universiteti və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti- xoreoqrafiya ixtisası üzrə.
6 yaşında "Cücələrim" rəqs ansamblına gedib - Lalə Kamalovadan dərs alıb. 8 yaşında - Doming rabotnikə gedib.
İlk dəfə 11 yaşında Azərbaycan Dövlət Televiziyasında çıxışı olub.
İlk əvvəllər hind rəqsləri ilə televiziyalarda çıxışları olub. Şərq rəqsləri ilə də məşğul olub.
3 il "Çiçəklər" rəqs ansamblının solisti olub, 13 yaşından 16 yaşına qədər Aliyə Ramazanovanın tələbəsi olub.
Daha sonra rəqsə yenidən başlayıb.2004-cü ildən 2010-cu ilə kimi Dövlət Muğam Rəqs Ansambılının solisti olub. 2007 -ci ildə "Koma" filmində aktyor Elməddin ilə baş rolda Aytən obrazında filmə çəkilib. 2010-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Daxili Qoşunlar Rəqs Ansamblının solisti olub. 2010- cu ildə qızı ilə Məşhəd ziyarətində olub. "NN -show" da Elariz Məmmədoğlu ona Göyçək ləqəbini söyləyib. 2012-ci ildən sonra efirlər onu Fatimə Fətəliyeva deyə çağırırlar. 2012-ci ildə "Banu Rəqs Məktəbi"ni yaradıb. Hazırda "Banu Vip" studionun, "Banu xına evi"nin rəhbəridir. Adət ənənələrimizi Azərbaycan üçün yaşadır, xınalar aparır.