Göyçək Fatimə (film)

Daxili yoxsa xarici gözəllik? Kimlər cəmiyyət üçün daha maraqlıdır? Zahirən çirkin, qəlbən isə təmiz və bilikli xanımlar, yoxsa qlamur həyat tərzi ilə kişilərin ağlını başından alan, daxilən kasıb və kütbeyin olan qızlar?

Göyçək Fatimə
Rejissorlar Yeganə Əbdülməmmədova
Elşad Rəhimov
Cahanbəxş İmani,
Baş rollarda

Nəzakət Məmmədli — Fatimə
Qorqud Cəfərli — Anar
Cəmilə Tağıyeva — Ayka
Müdhəd Aydın — Dəmir Gözəlov
Əjdər Zeynalov — Nadir Musayev
Nəcibə Hüseynova — Bikə xala

Şahanə Yusifova (Qulya)
İlk baxış tarixi 4 oktyabr 2013
Ölkə Azərbaycan Azərbaycan
Dil azərbaycanca

Tanınmış Şirkətlərdən birinin rəhbəri Nadir Musayev, oğlu, eyni zamanda Şirkətin vitse-prezidenti Anarın etinasız, əyləncə dolu həyatından narahatlıq nümayiş etdirərək, ona yeni katibə axtarır. Və katibə xarici görkəminə görə oğlanları maraqlandırmayan Fatimə olur. Təhsili, ağlı və hazırcavablığı ilə Fatimə Anarın ən yaxşı köməkçisinə çevrilir. Lakin Anar Fatimədən savayı məcburən ikinci xanımı – Gülyanı da katibə kimi yanında işə götürməli olur... Kütbeyin Gülya Anarın nişanlısı Aykanın yaxın rəfiqəsidir. Evlilik ərəfəsində olan Anar isə, köhnə əməllərindən qalmır. Şirkətin jurnalı üçün qondarma fotosessiyalar keçirərək, xanımlarla məhz bu üsulla ünsiyyət qurur. Fatimə Anarın əyləncə dolu həyatını ailəsi və xüsusilə nişanlısı Aykadan gizlətmək üçün, müxtəlif üsullara, bəhanələrə əl atır... Fatimənin ağlı və bacarığı Anarı ən çətin vəziyyətlərdən çıxarmaq gücünə malikdir... Amma Fatimə bunu təkcə sədaqətli işçi adını qazanmaq naminə etmir, onun öz arzuları və məqsədləri var...

Uzun illər Musayevlər ailəsi ilə şərik qismində çıxış edən Valehsə, tələ qurur. Anarın əyləncə dolu həyatı bundan sonra mürəkkəbləşir. Məhz bu anda Anar yalnız bir insanın köməyinə üz tuta bilər...

Film üzərində işləyənlər

[redaktə | mənbəni redaktə et]
Layihənin rəhbərləri: Vahid Mustafayev, Vaqif Əsədullayev, Mir Şahin Ağayev
Ssenari müəllifləri: Səbinə Hüseynli, Kamran Qasımov
Rejissorlar: Yeganə Əbdülməmmədova, Elşad Rəhimov, Cahanbəxş İmani,
Redaktor: Aytən İsgəndərova
Nəzakət Məmmədli — Fatimə
Qorqud Cəfərli — Anar
Cəmilə Tağıyeva — Ayka
Müdhəd Aydın — Dəmir Gözəlov
Əjdər Zeynalov — Nadir Musayev
Nəcibə Hüseynova — Bikə xala
Şahanə Yusifova — Qulya

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]